Bakı
30° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8816 AZN

Daha bir ölkə siqaretə qadağa qoydu

Daha bir ölkə siqaretə qadağa qoydu

Çinin şimalındakı Xebey əyalətinin Sinxuandao şəhərində bu il avqustun 1-dən etibarən bütün qapalı ictimai yerlərdə siqaret çəkmək qadağan edilib.

"Antenn.az" "AZƏRTAC"-a  istinadla xəbər verir ki, həmin qərara əsasən açıq hava məkanlarının 11 növündə, o cümlədən turistlərin getdiyi yerlərdə və çimərliklərdə siqaret çəkmək qadağandır. Qərara əsasən, göstərilən yerlərdə elektron siqaretlər də qadağan edilib.

Yeni qaydaları pozanları 200 yuana (29 ABŞ dolları), həmin məkanların sahiblərini isə 1000 yuana qədər cərimə gözləyir.

2016-cı ildə qəbul edilmiş “Sağlam Çin-2030” Proqramına əsasən Çin 2030-cu ilə qədər yaşı 15 və daha yuxarı olan əhali arasında siqaret çəkənlərin sayını 20 faizə endirməyi qarşıya hədəf qoyub.