Bakı
11°
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8906 AZN

Donald Tramp: “Ankara “həddini aşsa”, Türkiyə iqtisadiyyatını məhv edəcəyəm”

Donald Tramp: “Ankara “həddini aşsa”, Türkiyə iqtisadiyyatını məhv edəcəyəm”

“Ankara “həddini aşsa”, Türkiyə iqtisadiyyatını məhv edəcəyəm”, – deyə prezident öz “Twitter” səhifəsində yazıb.

  “Onlar [türklər] Avropa və digərləri ilə bilikdə İŞİD (İslam dövləti)  terror qruplaşmasının döyüşçülərinə və onların ailə üzvlərinə nəzarət etməlidirlər  – deyə prezident qeyd edir.

Donald Tramp əlavə olaraq qeyd edir ki, ABŞ regionda “başqalarının gözləntilərindən qat-qat çox iş görüb. İndi isə onlar “öz ərazilərini qorumalıdırlar”.

ABŞ prezidenti müntəzəm olaraq Avropanı amerikalıların ələ keçirdiyi İŞİD döyüşçülərini “geri götürməyə” çağırır. Onun sözlərinə görə, ABŞ hal-hazırda bir neçə min hərbçini saxlayır.

Xatırladaq ki, Türkiyə iqtisadiyyatını məhv etmək təhdidi Rəcəb Tayyib Ərdoğanın bəyanatından sonra səsləndirilib. Belə ki, Türkiyə prezidenti Ankaranın Suriyanın şimal-şərq ərazilərində hərbi əməliyyatlara başlamağa hazır olduğunu bildirmişdir. Ərdoğanın fikrincə, Vaşinqton bu ərazidə təhlükəsizlik zonasını yaratmaq vədini yerinə yetirməyib.

ABŞ regiondan öz hərbi qoşunlarını geri çəkəndən sonra, Türkiyə əməliyyatlara başlayacaqdır.