Bakı
23.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0722 AZN

Azərbaycan XİN Fransa və Kanadaya xəbərdarlıq edib

Azərbaycan XİN Fransa və Kanadaya xəbərdarlıq edib

"Fransa və Kanada Xarici İşlər Nazirliklərinin rəsmi twitter səhifələrində Azərbaycan tərəfindən 3 erməni əsirinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlərin də azad olunmasına dair çağırış edilir. Xatırlatmaq istərdik ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirlərini qarşı tərəfə təhvil vermişdi".

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa və Kanada Xarici İşlər Nazirliklərinin erməni əsirlərinin azad olunması ilə bağlı çağırışına cavab olaraq deyib.

XİN rəsmisi qeyd edib ki, hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizdən 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarılıb: "Bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeritmişdir. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində 4 nəfər Azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb. Hər iki ölkənin xarici siyasət qurumunun diqqətinə çatdırırıq ki, Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Yəqin ki, Ermənistanın 1991-94-cü illərdə müharibə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrinin təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var.

Fransa və Kanada Xarici İşlər Nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər. Əks təqdirdə bu, Azərbaycan cəmiyyətində hər iki ölkəyə olan etimada ciddi zərbə vuracaq".

Ən son xəbərlər

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

İlham Əliyev Putini təbrik etdi

Prezident İlham Əliyev Kralica II Elizabeti 95 illik yubileyi münasibətilə təbrik edib

AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib

Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olundu - QRAFİK

Ərdoğan: “Şuşada Azərbaycanla Türkiyə arasında böyük miqyaslı müqavilə imzalanacaq“

Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verilib

AVRO-2020 yarışları dövründə Bakı metrosu gecə saat 2-dək işləyəcək

Bakı metrosu iyunda hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək

Avro-2020 ilə bağlı nəqliyyat planı açıqlanıb

Bu şəxslər avtobuslardan pulsuz istifadə edəcəklər

ABŞ Rusiyaya nota verib

Salyanda körpə divandan yıxılaraq ölüb

Rektor: "ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik"

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Atanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

Aleksandr Ata Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq

Qarabağda döyüşən xarici vətəndaşın məhkəməsinin vaxtı məlum olub - YENİLƏNİB

Sabah ictimai nəqliyyat işləyəcək

Bakı metrosunda iş saatı uzadıla bilər?

DYP maska ilə bağlı vətəndaşlara müraciət edib