Bakı
11°
Non-Stop music
İndi Efirdə 00:00 - 07:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.8906 AZN

2021-ci ilin Dünya Kitab Paytaxtı

2021-ci ilin Dünya Kitab Paytaxtı

YUNESKO-nun baş direktoru Odri Azule Gürcüstanın paytaxtı Tbilisi şəhərini 2021-ci ilin Dünya Kitab Paytaxtı elan edib.

 Qərar Dünya Kitab Paytaxtı Məsləhət Komitəsinin tövsiyəsi əsasında qəbul olunub.

Dünya Kitab Paytaxtı elan olunan şəhərlərdə il ərzində kitab və mütaliənin təbliğ olunması istiqamətində tədbirlər həyata keçirilir. 2019-cu ildə bu titulu Kuala Lumpur şəhəri daşıyır. 2020-ci ildə isə Dünya Kitab Paytaxtı Şarjah şəhəri olacaq.

Qeyd edək ki, YUNESKO Dünya Kitab Paytaxtı nominasiyasını 2001-ci ildən etibarən elan edir.