Bakı
22.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0722 AZN

İşçi qrupun rəhbəri: "Latviya parlamentinin "erməni soyqırımı" ilə bağlı qərarı məntiqsizdir"

İşçi qrupun rəhbəri: "Latviya parlamentinin "erməni soyqırımı" ilə bağlı qərarı məntiqsizdir"

"Bu gün Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini "soyqırımı" kimi tanıyan qərar bizim tərəfimizdən məntiqsiz addım kimi qəbul edilir və qiymətləndirilir. Bu qərarın qəbul edilməsi təəssüf hissi doğurur”.

Bunu açıqlamasında Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov deyib.

İşçi qrupunun rəhbəri bildirib ki, Ermənistan tarixi saxtakarlıqlara əl atmaqla, faktları təhrif etməklə dünya ictimaiyyətini çaşdırmağa çalışır:

“Tarixdə “erməni soyqırımı” adında heç nə olmayıb. Bunu tarixi faktlar da sübut edir. Heç bir tarixi faktlarla, sənədlərlə təsdiq olunmamış hadisəyə necə qiymət vermək olar?! Xatırladım ki, ermənilər illər boyu türklərə, azərbaycanlılara qarşı kütləvi qırğınlar soyqırımıları törədiblər. Ermənilərin Xocalı soyqırımını etdikləri sünut olunub. Ancaq çox təəssüf ki, bir çox dövlətlər buna göz yumurlar”.

Deputat hesab edir ki, Latviya parlamenti tərəfindən qəbul edilən “erməni soyqırımı” ilə bağlı qətnaməyə hazırlıqsız insanlar səs verib:

“Çünki soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya”ya əsasən, soyqırımı cinayətinin olması barədə səlahiyyətli məhkəmə orqanının gərək qərarı olsun. “Erməni soyqırımı”ilə bağlı heç bir sənəd, məhkəmə qərarı mövcud deyil. Ona görə də Latviya parlamenti tərəfindən qəbul edilən bu qərarı ədalətsiz adlandırıram. Bir məsələni də qeyd edim ki, Türkiyə və Latviya NATO-nun üzvüdür. Hesab edirəm ki, belə bir qərarın qəbul edilməsi ikitərəfli münasibətlərə xələl gətirəcək”.

Ən son xəbərlər

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

İlham Əliyev Putini təbrik etdi

Prezident İlham Əliyev Kralica II Elizabeti 95 illik yubileyi münasibətilə təbrik edib

AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib

Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olundu - QRAFİK

Ərdoğan: “Şuşada Azərbaycanla Türkiyə arasında böyük miqyaslı müqavilə imzalanacaq“

Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verilib

AVRO-2020 yarışları dövründə Bakı metrosu gecə saat 2-dək işləyəcək

Bakı metrosu iyunda hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək

Avro-2020 ilə bağlı nəqliyyat planı açıqlanıb

Bu şəxslər avtobuslardan pulsuz istifadə edəcəklər

ABŞ Rusiyaya nota verib

Salyanda körpə divandan yıxılaraq ölüb

Rektor: "ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik"

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Atanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

Aleksandr Ata Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq

Qarabağda döyüşən xarici vətəndaşın məhkəməsinin vaxtı məlum olub - YENİLƏNİB

Sabah ictimai nəqliyyat işləyəcək

Bakı metrosunda iş saatı uzadıla bilər?

DYP maska ilə bağlı vətəndaşlara müraciət edib