Bakı
22.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0722 AZN

Bu günədək 121 milyon manatdan çox əkin subsidiyası ödənilib

Bu günədək 121 milyon manatdan çox əkin subsidiyası ödənilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərin əkin bəyanları və torpaq məlumatları ilə bağlı monitorinqləri davam etdirir.

Agentlik tərəfindən monitorinqləri başa çatmış daha 44 038 torpaq sahəsi üzrə (parsel) 30 715 fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib. Son ödəmə üzrə AKİA tərəfindən fermerlərin kartlarına 7 mln 919 min 101 manat subsidiya köçürülüb.

Bununla da 2020-ci ilin payız əkinlərinə görə 294 499 fermerə 121 milyon manatdan artıq subsidiya ödənilib. Bu da payız əkinlərinə görə EKTİS-də subsidiya müraciəti formalaşmış fermerlərin 96 faizi deməkdir. Ümumilikdə yanvar ayının 31-dək 306 mindən artıq fermer payızlıq əkinlərlə bağlı subsidiya almaq üçün elektron qaydada müraciət edib. Fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) 591 027 bəyan daxil ediblər. Bəyan olunmuş sahələrin ümumi sahəsi 969 205 hektar təşkil edir.

“AKİA əkin bəyanlarının monitorinqini başa çatdırdıqca, ödəmələri həyata keçirir. Monitorinqlərin müddəti və mərhələləri bəyanların uyğunluğundan, fermer sahələrindən, əkilmiş bitkinin növündən asılıdır. Sənədlərin sistemdə müqayisəli yoxlanması, peyk vasitəsilə monitorinq və yerüstü yoxlamalar bizə dövlətin aqrar sahəyə ödədiyi vəsaitin ədalətli çatdırılmasını təmin etməyə imkan verir”, - deyə AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal verib.

Onun sözlərinə görə, 2021-ci ildə həmçinin EKTİS-ə daxil edilmiş, torpaq sənədləri doğru olan, 1 hektardan az əkin sahələrinin monitorinqi peyk vasitəsilə yoxlanılıb və fermerlərə dərhal subsidiya ödənilib. Torpaq sənədlərində problemlər olan, icarə müqavilələrinin vaxtı başa çatan, əkdiyi bitkinin növü subsidiya məbləğinə əhəmiyyətli dərəcədə təsir edən və monitorinq üçün bitkinin cücərməsini gözləmək vacib olan fermerlərin sahələrində yerüstü monitorinqlər daha detallı aparılıb.

Hazırda 3000 nəfərə yaxın fermerin sahəsində monitorinqlər bitmək üzrədir. 3 183 fermerin torpaq sənədləri isə təhlil edilir. 5 107 fermerə isə yeni “Fermer kartı” sifariş edilib.

Ruslan Zeynal əlavə edib ki, bu ilki monitorinqlərə təsir edən amillərdən biri də ölkədə ilk dəfə iri torpaq sahələrinin icbari qaydada aqrokimyəvi analizlərə cəlb olunmasıdır. Hazırda 1 503 nəfər fermer ümumilikdə 24 761 hektar torpaq sahəsi üzrə aqrokimyəvi analizlərin nəticələrini təqdim etməyib, bu səbəbdən həmin fermerlərə subsidiyaların ödənilməsində ləngimələr baş verir.

Qeyd edək ki, qaydalara uyğun olaraq, ödənişlər fermer kartlarına 25 % nağdlaşdırıla bilən və 75 % nağdsız hissə şəklində ödənilir. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.

Ən son xəbərlər

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi növbəti dəfə atəşə tutub

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

İlham Əliyev Putini təbrik etdi

Prezident İlham Əliyev Kralica II Elizabeti 95 illik yubileyi münasibətilə təbrik edib

AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib

Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olundu - QRAFİK

Ərdoğan: “Şuşada Azərbaycanla Türkiyə arasında böyük miqyaslı müqavilə imzalanacaq“

Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verilib

AVRO-2020 yarışları dövründə Bakı metrosu gecə saat 2-dək işləyəcək

Bakı metrosu iyunda hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək

Avro-2020 ilə bağlı nəqliyyat planı açıqlanıb

Bu şəxslər avtobuslardan pulsuz istifadə edəcəklər

ABŞ Rusiyaya nota verib

Salyanda körpə divandan yıxılaraq ölüb

Rektor: "ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik"

İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Atanın vəfatı ilə bağlı nekroloq imzalayıblar

Aleksandr Ata Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq

Qarabağda döyüşən xarici vətəndaşın məhkəməsinin vaxtı məlum olub - YENİLƏNİB

Sabah ictimai nəqliyyat işləyəcək

Bakı metrosunda iş saatı uzadıla bilər?

DYP maska ilə bağlı vətəndaşlara müraciət edib