Bakı
17.03° Buludlu
Non-Stop music
İndi Efirdə 20:00 - 23:59 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 1.9811 AZN

Verilişlər

“Meqapolis” “Radio Antenn” 101 FM – də həftə içi  beş gün saat 08:00-dan 10:00-a kimi yayımlanan “Meqapolis” əyləncəli, informatik, yenilik xəbərləri ilə bol olan tok-şousunda  dinləyicilərə gün ərzində faydalı olan məlumatlar təqdim olunacaq. Verilişdə hər gün gündəmin nəbzini tutan aktiv sosialyönümlü, əhalinin maraq dairəsinə müvafiq mövzulara toxunulur.Qeyd edək ki, sözügedən veriliş informasiya və əyləncə xarakterli yarışmalar sayəsində maarifləndirmə istiqamətində  dinləyicilərə kifayət qədər təsir etmək iqtidarındadır. Əlavə olaraq bildirək ki, hər gün verliş ərzində yarışmalar keçiriləcək, bu da dinləyicilərin sayının artmasını və daim tok-şoumuzu dinləməsini təmin edəcək. Əsas missiyamız dinləyici zövqünün tələblərinə cavab verməkdir. 

 

"360 BİZNES"         Hər həftənin II günü verilişə «Kapital Bank»-ın dəstək verdiyi bir şirkət nümayəndəsi dəvət olunacaq. Həmin nümayəndə uğur hekayəsini danışacaq. Uğura qədər biznesindəki çətinliklər, həmin çətinlikləri dəf etmək üçün atdığı addımlar, yol verdiyi yanlışlıqları hansı formada aradan qaldırması, «Kapital Bank» ilə əməkdaşlıqdan sonra hansı uğurları əldə etməsi və uğurunu davamlı qoruyub-saxlaması barədə danışacaq.Öz biznes təcrübəsini geniş dinləyici auditoriyası ilə paylaşacaq. Eyni zamanda verilişdə ay ərzində 2 dəfə «Kapital Bank»-ın KOB əməkdaşlarının iştirakı da nəzərdə tutulur. Onlar verilişdə hər hansı bir konkret məhsuldan danışacaq və ya yeni məhsul barədə məlumat verəcək.

 

"Düzgün söhbət"       Axşam vaxtı deyib gülərək ürəkaçan söhbətlər edirik, müzakirələr aparırıq, maraqlı məlumatlarımızı dinləyicilərə bölüşürük. Dinləyicilər də mövzu ilə bağlı fikirlərini həm bizə zəng edib deyirlər, həm də WhatsApp mesajı vasitəsilə yazıb göndərirlər. Əmin olun, bizim söhbətlər işdən sonrakı yorğunluğunuzu sizə unutduracaq. Efirimizdə bosslar, dostlar, hətta qonşular belə müzakirə olunur. Verilişi həftə içi 5 gün saat 18:00-dan 20:00-a kimi Radio Antenn 101 FM-də dinləyə bilərsiniz.

 

"101 QANUN"         Hər həftənin I, III, V günləri 1 saatlıq proqram ərzində müxtəlif səpkili problemlərin həlli yollarından danışılır. Qanun çərçivəsində hüquqşünas tərəfindən həmin problemlərin qanuni proseduru və icra olunması qaydaları ətraflı şəkildə dinləyicilərə izah olunur. Təkcə konkret mövzu ilə kifayətlənməyib, dinləyicilərin üzləşdiyi poblemlərlə bağlı digər məsələlərin də hüquqi həll yolları araşdırılır və izah olunur

 

"Canlı kitab"   Verilişdə Azərbaycan və dünya ədəbiyyatının ən gözəl nümunələri aktyor, qiraətçi Elçin Hacı tərəfindən canlı səsləndirilir. Həftənin bir günü isə studiyaya dəvət olunan qonaqla – millət vəkili, yazıçı, şair, rejissor, tənqidçi, ədəbiyyatşünas aktyorla müzakirəLər aparılırr və bu müddətdə dinləyicilərlə canlı bağlantılar yaradılır. Verilişi həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-a  kimi canlı 101.0 FM-də, 'Radio Antenn" 101 FM-in youtube səhifəsində, eyni zamanda facebook və antenn.az saytında izləyə bilərsiz.

 

 

 

 

 

 

 

Ən son xəbərlər

Bu il 36 063 nikah və 11 313 boşanma halı qeydə alınıb

Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib

Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkədə 1800-ə yaxın yeni iş yeri açılacaq - RƏSMİ

Sabah Moskvada Əfqanıstandakı vəziyyətlə bağlı görüş keçiriləcək

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

Ceyhun Bayramovla Slovakiyanın XİN başçısı arasında görüş başlayıb

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

ABŞ-da həftəsonu barlarda atışmalarda 11 nəfər ölüb, onlarla insan yaralanıb

ASCO gəmiləri Baltik və Şimal dənizlərində yükdaşıma həyata keçirəcək

Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Ankarada Azərbaycan və Türkiyə parlament nümayəndə heyətlərinin görüşü olub

Yaponiya raket sınaqları ilə əlaqədar KXDR-ə etiraz edib

Azərbaycanda daha iki universitetdə tələbələr koronavirusa yoluxub, 14 qrup bağlanıb

On ölkənin səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb

Sahibə Qafarova: “Azərbaycan-Pakistan qardaşlığı əbədi davam edəcək”

Xəzərdə zəlzələ olub

Rusiya NATO ilə əməkdaşlığı dayandırır

Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb