“Qurdlar vadisi - Qarabağ” və ya “Qurdlar vadisi - Xocalı” filmi çəkiləcək
Tarix: 18.03.2010 Saat: 02:52
Mövzu: MƏDƏNİYYƏT


Türkiyənin “Pana film” şirkəti “Qurdlar vadisi - Qarabağ” filmi çəkməyə hazırlaşır.

“Vatan” qəzetinin yaydığı məlumata görə, bu barədə Azərbaycanda səfərdə olan “Pana film”in rəhbərlərindən Mehmet Canpolat açıqlama verib.

O, “Qurdlar vadisi - Qarabağ” və ya “Qurdlar vadisi - Xocalı” filmi çəkmək istədiklərini bildirib.

Xatırladaq ki, Türkiyənin ən məşhur teleserialı “Qurdlar vadisi”nin qəhrəmanları – aktyorlar Necati Şaşmaz (Polat Alemdar), Kənan Çoban (Əbdülhey), Ərhan Ufak (Ərhan), Osman Vöber (Tuncay) və “Pana film”in təmsilçisi Mehmet Canpolat martın 17-də Azərbaycana gəliblər. Onlar bir neçə gün Qəbələdə qalacaqlar.






Bu səhifəni çap et

Bu xəbər üçün adres:
http://antenn.az/article7919.html