“Eurovision-2010”-a yollanacaq iştirakçının yenidən seçilməsinə qərar verilib
Tarix: 18.03.2010 Saat: 01:53
Mövzu: ŞOU-BİZNES


Bu dəfə ən yaxşı müğənni və mahnı ümumi səsvermə yolu ilə müəyyən ediləcək.


Ukrayna İctimai Televiziyasının yeni rəhbəri Yehor Benkendorf Vasili Lazaroviçin “Eurovision-2010” mahnı müsabiqəsinə gedişini təxirə salıb. “Eurovision.tv”-nin verdiyi məlumata görə, mətbuat konfransında müsabiqəyə yollanacaq iştirakçının yenidən seçilməsinə qərar verildiyi məlum olub. Bu dəfə ən yaxşı müğənni və mahnı ümumi səsvermə yolu ilə müəyyən ediləcək. Ukraynada yeni seçim belə olacaq: martın 18-dən etibarən 16 yaşdan böyük olan bütün ifaçılar mahnılarını münsiflər heyətinə yollaya biləcəklər. Mahnı qəbulu Ukrayna vaxtı ilə 18:00-dək davam edəcək. Yenidən seçilən daha peşəkar münsiflər komandası 20 yaxşı mahnını seçəcəklər. Martın 20-də isə böyük musiqi ziyafəti ilə Kiyevdə “Eurovision-2010”un milli müsabiqəsi baş tutacaq.






Bu səhifəni çap et

Bu xəbər üçün adres:
http://antenn.az/article7918.html