Nikola Sarkozi ilə görüşdən sonra Sarkisyanın səhhəti qəflətən kəskin şəkildə pisləşib
Tarix: 11.03.2010 Saat: 00:42
Mövzu: DÜNYA


Ermənistan prezidentinin səhhəti Nikola Sarkozi ilə keçirdiyi görüşdən sonra qəflətən kəskin şəkildə pisləşib.



«Armenia Today» xəbər verir ki, prezident özünü o qədər pis hiss edib ki, ona dərhal tibbi yardım göstərilib. Daha sonra ciddi yardımın göstərilməsi üçün Sarkisyan Yelisey sarayından xeyli aralıda yerləşən qəbul evinə aparılıb. «Aykakan Jamanak» qəzeti yazır ki, həkimlər Sarkisyanı aeroportadək müşayiət də ediblər.

Məlumata görə, Sarkisyanla Sarkozinin birgə mətbuat konfransı da məhz bu səbəbdən təxirə salınıb. Xatırladaq ki, Parisə səfəri çərçivəsində dünən Sarkisyanla Sarkozi arasında danışıqlar aparılsa da, prezidentlər mətbuat qarşısına çıxmayıblar.






Bu səhifəni çap et

Bu xəbər üçün adres:
http://antenn.az/article7790.html