Xanım şahmatçımız erməni idmançını mat etdi
Tarix: 11.03.2010 Saat: 00:01
Mövzu: İDMAN


Xorvatiyanın Riyeka şəhərində kişi və qadın şahmatçıların fərdi Avropa çempionatında V turun görüşləri oynanılıb.



Avropa çempionatının rəsmi saytında yer alan məlumata görə, bu tur Azərbaycan şahmatçısı Zeynəb Məmmədyarova erməni idmançı Anait Xaratyanla üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, bir neçə tur əvvəl Zeynəbin kiçik bacısı Türkan Məmmədyarova da, Anait Xaratyanla görüşərək onu mat etmişdi.






Bu səhifəni çap et

Bu xəbər üçün adres:
http://antenn.az/article7788.html