09.06.2015
Sabah bu yollar bağlanacaq

12 iyun tarixində başlanacaq Bakı 2015 İlk Avropa Oyunları ilə əlaqədar müəyyən günlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması planlaşdırılır. Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən Antenn.az-a verilən məlumata görə, Bakıda Məşəlin səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:
Şəmsi Bədəlbəyli küçəsi
Səməd Vurğun küçəsi
Bül-bül prospekti
Rəşid Behbudov küçəsi
Azadlıq prospekti
İstiqlaliyyət küçəsi
Niyazi küçəsi
Şövkət Ələkbərova küçəsi
Triatlon yarışı
Bakı 2015 İlk Avropa Oyunlarının kişilər və qadınlar arasında triatlon yarışları ilə əlaqədar, 10-14 iyun tarixlərində Bilgəh qəsəbəsində müəyyən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və Jumeirah Beach Hotel dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər.
Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.
Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı vaxtlar:
10, 11 iyun: 05:00 – 14:00
13 iyun: 08:30 – 18:30
14 iyun: 08:30 – 19:00
12 iyun Bakı 2015 İlk Avropa Oyunlarının Açılış mərasimi günü, aşağıda qeyd olunan yollarda günorta saat 04.00-dan, növbəti gecə saat 02.00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:
• Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək
• Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməyədək
Tweet