Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
Əzizə

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
Əzizə

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

İndi Efirdə 14:05 - 15:00
Yaqut

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Ledi $ Qaqa

Efirdə 15:05 - 16:00
Cavid və Vəfa

Ledi $ Qaqa

Efirdə 16:00 - 18:00
Cavid və Vəfa

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

05.06.2015

Heydər Əliyev Mərkəzində sərgi

Bakıda, Heydər Əliyev Mərkəzində dünyanın məşhur sərgilərindən olan və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan “Qreys Kelli: şahzadə və stil ikonası” sərgisi açılır. 

 

Antenn.az xəbər verir ki, Azərbaycanda ilk dəfə keçiriləcək sərginin rəsmi açılış mərasimi iyunun 12-də olacaq. Sərginin açılışında Monako knyazı II Albertiştirak edəcək.

 

Sərgi tanınmış Hollivud aktrisası və Monako şahzadəsi Qreys Kellinin (1929-1982) həyat yoluna həsr olunub. Eksponatlar Qreys Kellinin kinoaktrisalıq karyerası, eləcə də həyatının Monako knyazı III Renye ilə evləndikdən sonrakı dövrünü əks etdirir.

 

Sərgidə Qreys Kelliyə məxsus libaslar, zinət əşyaları, məktublar, fotoşəkillər və digər maraqlı eksponatlar nümayiş olunacaq. Bakı tamaşaçılarına ümumilikdə 200-dən artıq eksponat təqdim ediləcək. Heydər Əliyev Mərkəzindəki sərgi premyera ilə də yadda qalacaq. Belə ki, Qreys Kelliyə məxsus avtomobillər bu sərgi çərçivəsində izləyicilərə ilk dəfə məhz Heydər Əliyev Mərkəzində təqdim olunacaq. Bu avtomobillərdən biri- 1952-ci il istehsalı olan Austin Taxi avtomobilində şahzadə öz övladları ilə gəzməyi çox sevərmiş.

 

Qeyd edək ki, Qreys Kellinin həyat hekayəsini nəql edən “Qreys Kelli: şahzadə və stil ikonası” adlı sərgi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib. Bundan sonra ekspozisiya Paris, Moskva, Roma, San-Paulo, Toronto, Bendiqo, Astana, Monreal, Doylestaun və Apeldorn şəhərlərində təqdim olunub.

 

Heydər Əliyev Mərkəzinə iyunun 13-dən ictimaiyyət üçün açıq olan sərgi noyabrın 1-dək davam edəcək.


Şərhlər