Bakı
11° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0332 AZN

Putin və Merkel Donbassda vəziyyətin eskalasiyasından narahatdır

Putin və Merkel Donbassda vəziyyətin eskalasiyasından narahatdır

Rusiya Prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı bir sıra aktual beynəlxalq mövzular müzakirə olunub.

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparan Rusiya və Almaniya liderləri Ukraynanın cənub-şərqində vəziyyətin eskalasiyası ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Putin Kiyevin məqsədli şəkildə təmas xəttində vəziyyəti gərginləşdirdiyi ilə bağlı təxribatçı fəaliyyətə diqqəti yönəldib. Kiyev hakimiyyəti tərəfindən daha əvvəl əldə olunmuş razılaşmaların, hər şeydən öncə Donetsk və Luqanskla birbaşa dialoqun qurulmasının və Donbassa xüsusi statusun hüquqi formalaşdırılmasının icra edilməsinin vacibliyi vurğulanıb. Münaqişə tərəfləri, alternativsiz həll yolu kimi 2015-ci ilin Minsk Tədbirlər Paketini tam həyata keçirtmək üçün təmkinli olmağa və danışıqlar prosesini intensivləşdirməyə çağırılıb.

Tərəflər Suriya böhranı barədə də fikir mübadiləsi aparıblar. Suriyadakı humanitar vəziyyəti yaxşılaşdırmaq üçün tapşırıqların prioritet xarakter daşıdığı qeyd edilib.

Liviyadakı vəziyyəti də müzakirə edərkən liderlər, bu ölkədə keçid dövrü üçün mərkəzi hakimiyyət orqanlarının qurulmasını alqışlayıblar. Vəziyyətin normallaşmasına və Liviyanın dinc inkişafına töhfə verməyə hazır olduqlarını bildiriblər. Bu sahədə koordinasiyanın davam etdirilməsi barədə razılığa gəlinib.

Federal kansler tərəfindən göstərilən maraqla əlaqədar olaraq Aleksey Navalnı ilə bağlı vəziyyətə də toxunulub. V. Putinin təşəbbüsü ilə xarici medianın və hər iki ölkədəki qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı bəzi məsələlərə baxılıb. Müxtəlif kanallar vasitəsilə yaxın iş təmaslarının davam etdirilməsi barədə razılığa gəlinib.

Ən son xəbərlər

Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

Qubadlıda yol tikintisi zamanı məscidi sökən şəxslər cəzalandırılacaq - RƏSMİ

Kreml: Putin-Bayden görüşü ABŞ-ın gələcək addımları nəzərə alınmaqla mümkün olacaq

Paşinyan Qarabağda öldürülən erməni hərbçilərinin sayını açıqladı

Hərbi Qənimətlər Parkına giriş üçün biletin qiyməti açıqlanıb

DSX-nin yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb

Avropanın kəllə muzeyləri - FOTO

Gəncə və Odessa qardaşlaşır

Azərbaycan-Belarus sənədləri imzalanıb

BNA Hərbi Qənimətlər Parkına gedən marşrutları açıqlayıb

Daha 30 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

"TURKUAZ" layihəsi çərçivəsində ilk konteyner qatarı Bakıya çatıb

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Ukraynalı nazir Gəncədə Ermənistanın raket hücumuna məruz qalmış ərazilərlə tanış olub - FOTO

Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan əhalisinin sayı açıqlanıb

Kiyevdə sərt karantin rejimi uzadıldı

Putinə COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub

Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək

İtaliya parlamentinin üzvləri Gəncəyə səfər edib