Bakı
11° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0332 AZN

AVRO-2020: Ən çox azarkeş Bakıya gələcək

AVRO-2020: Ən çox azarkeş Bakıya gələcək

AVRO-2020-nin oyunları zamanı təşkilatçı şəhərlər arasında ən çox azarkeş Bakıya gələcək.

Hələlik açıqlanan son rəsmi məlumatlara əsasən belə qənaətə gəlmək olar. Azərbaycan paytaxtında keçiriləcək 4 oyununun hər birində Bakı Olimpiya Stadionunun (BOS) ümumi tamaşaçı tutumunun (68 700 nəfər) 50 faizi qədər fanat iştirak edəcək. Bu isə o deməkdir ki, hər matçda arenaya 34 350 azarkeş, 4 oyuna isə ümumilikdə ümumilikdə 137 400 nəfər buraxılacaq.

Düzdür, Rusiyanın Sankt-Peterburq şəhəri də oyunlar zamanı "Sankt Peterburq Arena"ya ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçının buraxılacağına təminat verib. Lakin tutumu 68 000 nəfər olduğundan, bu arena ümumi say baxımından Bakı Olimpiya Stadionundan geri qalır.

Digər təşkilatçı şəhərlərdən ən çox təminat 10 - 15 min azarkeşə verilib. Almaniyanın Münhen şəhəri, İtaliyanın paytaxtı Roma və Macarıstanın paytaxı Budapeşt hələ azarkeş sayı ilə bağlı planlarını açıqlamayıb. İrlandiyanın paytaxtı Dublin isə UEFA-ya azarkeşlərlə bağlı təminat verməyib. Bu səbəbdən, Dublinin təşkilatçılıq hüququndan məhrum ediləcəyi bildirilir.

Bakıdakı oyunlara yerli azarkeşlərlə yanaşı, bir-biri ilə görüşəcək milli komandaların mənsub olduğu ölkələrin vətəndaşları viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərtilə buraxılacaq. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. Başqa sözlə, Bakı Olimpiya Stadionundakı matçları Azərbaycan, Türkiyə, Uels və İsveçrə vətəndaşları izləyə biləcək. 1/4 final mərhələsində isə bu say daha da artacaq.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Ən son xəbərlər

Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

Qubadlıda yol tikintisi zamanı məscidi sökən şəxslər cəzalandırılacaq - RƏSMİ

Kreml: Putin-Bayden görüşü ABŞ-ın gələcək addımları nəzərə alınmaqla mümkün olacaq

Paşinyan Qarabağda öldürülən erməni hərbçilərinin sayını açıqladı

Hərbi Qənimətlər Parkına giriş üçün biletin qiyməti açıqlanıb

DSX-nin yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb

Avropanın kəllə muzeyləri - FOTO

Gəncə və Odessa qardaşlaşır

Azərbaycan-Belarus sənədləri imzalanıb

BNA Hərbi Qənimətlər Parkına gedən marşrutları açıqlayıb

Daha 30 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

"TURKUAZ" layihəsi çərçivəsində ilk konteyner qatarı Bakıya çatıb

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Ukraynalı nazir Gəncədə Ermənistanın raket hücumuna məruz qalmış ərazilərlə tanış olub - FOTO

Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan əhalisinin sayı açıqlanıb

Kiyevdə sərt karantin rejimi uzadıldı

Putinə COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub

Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək

İtaliya parlamentinin üzvləri Gəncəyə səfər edib