Bakı
11° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0332 AZN

Ermənistanla sərhəddə növbəti hərbi hissə fəaliyyətə başlayıb

Ermənistanla sərhəddə növbəti hərbi hissə fəaliyyətə başlayıb

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, aprel ayının 8-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlanıb.

Bu münasibətlə təşkil olunan mərasimdə DSX rəisinin müavini general-leytenant İsmayıl Əkbərov çıxış edib, DSX rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olması, bu ərazilərdə qısa müddət ərzində ardıcıl olaraq yeni hərbi hissələrin fəaliyyətə başlamasının, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının dövlət sərhədlərimizin etibarlı mühafizə altına götürülməsi prosesi çərçivəsində qarşıya qoyulmuş tapşırıqların uğurla icra edilməsi baxımından böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılan şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçiriblər.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən hərbi qulluqçular təltif olunublar.

Ən son xəbərlər

Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

Qubadlıda yol tikintisi zamanı məscidi sökən şəxslər cəzalandırılacaq - RƏSMİ

Kreml: Putin-Bayden görüşü ABŞ-ın gələcək addımları nəzərə alınmaqla mümkün olacaq

Paşinyan Qarabağda öldürülən erməni hərbçilərinin sayını açıqladı

Hərbi Qənimətlər Parkına giriş üçün biletin qiyməti açıqlanıb

DSX-nin yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb

Avropanın kəllə muzeyləri - FOTO

Gəncə və Odessa qardaşlaşır

Azərbaycan-Belarus sənədləri imzalanıb

BNA Hərbi Qənimətlər Parkına gedən marşrutları açıqlayıb

Daha 30 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

"TURKUAZ" layihəsi çərçivəsində ilk konteyner qatarı Bakıya çatıb

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Ukraynalı nazir Gəncədə Ermənistanın raket hücumuna məruz qalmış ərazilərlə tanış olub - FOTO

Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan əhalisinin sayı açıqlanıb

Kiyevdə sərt karantin rejimi uzadıldı

Putinə COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub

Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək

İtaliya parlamentinin üzvləri Gəncəyə səfər edib