Bakı
23.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0122 AZN

Rusiyanın “Birinci kanalı” Azərbaycan əleyhinə təbliğatda öz ampluasındadır

Rusiyanın “Birinci kanalı” Azərbaycan əleyhinə təbliğatda öz ampluasındadır

Rusiyanın “Birinci kanalı” tərəfindən ənənəvi addımlar davam edir. Dünən bu kanalın efirində məşhur ermənipərəst jurnalist Vladimir Poznerin eyni adlı verilişində Ermənistanın keçmiş prezidenti, əli minlərlə dinc azərbaycanlının qanına batmış Robert Koçaryanla müsahibə yayımlanıb. Müsahibə zamanı Pozner Koçaryanı “Dağlıq Qarabağ”ın ilk prezidenti kimi təqdim edərək Azərbaycan əleyhinə daha bir neçə təxribatçı fikirlər səsləndirib. Səhmlərinin 51 faizi dövlətə məxsus olan bu kanalın efirində anti-Azərbaycan siyasətinin arxasında kimlər dayanır?

İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı müddətdə daim Azərbaycan əleyhinə süjetləri ilə yadda qalan Rusiyanın “Birinci kanalı” öz ampluasındadır. Rusiyanın Qarabağdakı sülhməramlı fəaliyyətinə həyata keçirdiyi xəbər siyasətinə kölgə salan bu kanal indi də qatı ermənipərəst, Rusiyadakı erməni lobbiçilərinin əsas fiqurlarından hesab olunan jurnalist Vladimir Poznerlə gündəmə gəlib. Dağlıq Qarabağda separatçılığın əsasını qoyan, daha sonra Ermənistanın prezidenti olmuş Robert Koçaryanı verilişinə qonaq çağıran Pozner veriliş boyunca jurnalist etikasını, bitərəfliyini gözləməyib.

Koçaryanı “Dağlıq Qarabağın ilk prezidenti” kimi təqdim edən Pozner müharibə zamanı Azərbaycanın torpaqlarını işğaldan azad etməsini Ermənistan üçün ərazi itkisi kimi qiymətləndirib.

“Nəyə görə Dağlıq Qarabağ Ermənistan Respublikasının bir hissəsi ola bilmədi. Mənə elə gəlir ki, belə bir imkan olmuşdu”, - deyə Pozner Koçaryandan soruşur.

Rusiyanın dövlət kanalının efirində, bu ölkənin prezidenti Vladimir Putinin dəfələrlə səsləndirdiyi “Dağlıq Qarabağ hər zaman Azərbaycan ərazisi olub” bəyanatının əleyhinə çıxan Pozner bu ərazilərin ermənilər tərəfindən itirilməsindən açıq-aydın təəssüfləndiyini nümayiş etdirir.

Rusiyada özünü humanizm ideyalarının təbliğatçısı, demokratiya, söz azadlığı carçısı kimi qələmə verən Pozner nədənsə 1992-ci ilin fevralın 26-da ermənilərin Xocalıda törətdiyi qırğınlar, ikinci Qarabağ müharibəsi zaman Ermənistan dövlətinin raket silahları ilə təmas xəttindən uzaqda yerləşən Gəncə və Bərdəni vurub, dinc sakinləri qətlə yetirmələrinin səbəbini soruşmur.

Poznerlə bağlı artıq hər şey məlumdur. Bəs Poznerin özünün də verilişdə etiraf etdiyi kimi, dövlət kanalı hesab olunan “Birinci kanal”ın efirində anti-Azərbaycan mövqeyi necə başa düşülməlidir? Vaxtı ilə “Birinci kanal”da çalışmış, tanınmış rusiyalı jurnalist Maksim Şevçenko bu kanalın siyasətini sadəcə jurnalistin iradəsinin müəyyən etmədiyini bildirir: “Bu cür siyasi ssenarilər siyasi kabinetlərdə hazırlanır. Rusiyada siyasi hakimiyyətdə müəyyən qruplar və qüvvələr var. Bunların hərəsinin öz baxışları, öz yanaşmaları mövcuddur. Bir sözlə, burada hər şey nəzarətdə deyil. Sizi əmin edirəm ki, dövlət başçısı Vladimir Putinin strateji mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Rusiya Azərbaycandan onu tələb etməlidir ki, Dağlıq Qarabağın erməni əhalisi Azərbaycanın digər əhalisi kimi hüquqlara malik olsun. Bu, Rusiya dövlət başçısının strateji mövqeyidir. Lakin məlumdur ki, elə qüvvələr də var ki, onlar imperializm siyasəti yürüdürlər, Azərbaycana təzyiq etmək, Rusiya ilə Türkiyənin arasını vurmaq istəyirlər. Bu qüvvələrin sözçüləri deputat Konstantin Zatulin kimilərdir. Baxın, Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan xalqını təhqir edir, lakin buna heç kəs səsini çıxarmır. Həmin qüvvələr açıq-aydın erməni milliyyətçiliyini dəstəkləyirlər. Mən bununla qətiyyən razılaşmıram. Hesab edirəm bu, Rusiyanın milli maraqlarına uyğun deyil. Rusiyanın milli maraqları milliyyətçi faktorların azalmasıdır. Bu maraqlar xalqlarla ziddiyyətlərdən, xalqlararası ziddiyyətlərdən əməkdaşlığa keçid olmalıdır”.

Maksim Şevçenkonun fikrincə, Rusiyadakı imperiyapərəst qüvvələr hadisələrə ancaq reaksiya verə bilirlər, onları idarə etmək iqtidarında deyillər.

Aydın məsələdir ki, həmin qüvvələrin həyata keçirdiyi anti-Azərbaycan mövqeli informasiya siyasəti də uğursuzluqla nəticələnəcək.

Ən son xəbərlər

FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşüb

Ağdam rayonunun Şuraabad kəndindən videogörüntülər

Bahar Muradova Türkiyə səfiri ilə görüşüb

Vətən müharibəsində yaralanmış 1053 qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

İqtisadiyyat Nazirliyi: Toylarda karantin qaydalarının pozulması halları azalır

TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid edib

Tokio-2020: 22 idmançı mübarizəni dayandırıb, 2-si medal qazanıb - SİYAHI

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərəcək”

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nümayəndələrinin Şuşaya səfəri başlayıb

Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib

Prezident İsmayıllıda avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayırıb

Mehriban Əliyeva: "Türkiyə xalqının kədəri bizim kədərimizdir"

Kəmaləddin Heydərov Türkiyədəki yanğınlarla bağlı Mövlud Çavuşoğluna zəng edib

Rusiya XİN Azərbaycan və Ermənistanı vəziyyətin daha da pisləşməsi ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə çağırır

Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı Baş konsulluğunda “qaynar xətt” yaradılıb

AAYDA: “Zəfər Yolu”nun 60-70%-i hazırdır”

ANAMA Qarabağda 3 500 hektar ərazini partlamamış hərbi sursatdan təmizləyib

Mövlud Çavuşoğlu: "Yanğınla bağlı 3 şübhəli şəxs saxlanılıb"

Tokio-2020: Azərbaycan ilk medalını qazanıb

Azərbaycan Türkiyəyə 500 nəfərlik canlı qüvvə və helikopterlər göndərəcək