1030 : Got error 28 from storage engine
Azərbaycan nefti bahalaşmaqda davam edir - Antenn Radio 101 FM Antenn.az

Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

Bizi izləyin:

12.09.2018

Azərbaycan nefti bahalaşmaqda davam edir

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 11-də 80,29 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 1,3 dollar/barel çoxdur.

Antenn.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 11-də 79,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,3 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 11-də 76,69 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,26 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 11-də 77,93 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,29 dollar/barel çoxdur.


Şərhlər