1030 : Got error 28 from storage engine
UEFA Milllətlər Liqasında növbəti oyunlar keçirilib - Antenn Radio 101 FM Antenn.az

Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

Bizi izləyin:

10.09.2018

UEFA Milllətlər Liqasında növbəti oyunlar keçirilib

UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib.

Antenn.az-ın məlumatına görə, "A" Liqasının 1-ci qrupunda Fransa yığması Niderlandı qəbul edib. Oyun ev sahibinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollar: K.Mbappe (14-cü dəqiqə), R.Babel (67-ci dəqiqə), O.Jiru (75-ci dəqiqə).

"B" Liqasının 2-ci qrupunda Ukrayna Slovakiyanı qəbul edib. Oyun ev sahibinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Qol: A.Yarmolenko (80-cı dəqiqə).

"B" Liqasının 4-cü qrupunda Uels Danimarkanın qonağı olub. Danimarka yığması rəqibin qapısından 2 cavabsız top keçirib. Qollar: K.Eriksen (32-ci və 63-cü dəqiqələr).

"C" Liqasının 3-cü qrupunda Bolqarıstan Norveçi qəbul edib. Ev sahibi komandası rəqibi üzərində minimal hesablı qələbə qazanıb. Qol: R.Vasilev (58-ci dəqiqə).


"C" Liqasının 3-cü qrupunda Sloveniya Kiprın qonağı olub. Oyun Kipr yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollar: R.Beriç (54-cü dəqiqə), P.Sotiriou (69-cu dəqiqə), P.Stoyanoviç (89-cu dəqiqə, avtoqol).

"D" Liqasının 1-ci qrupunda Gürcüstan Latviyanı qəbul edib. Ev sahibi komandası T.Okriaşvilinin (77-ci dəqiqə, penalti) qolu ilə rəqibi üzərində minimal hesablı qələbə qazanıb.

"D" Liqasının 4-cü qrupunda Makedoniya yığması Ermənistan yığması üzərində inamlı qələbə qazanıb - 2:0. Qollar: E.Alioski (14-cü dəqiqə), Q.Pandev (59-cu dəqiqə).

4-cü qrupun digər oyunu Lixtenşteyn və Cəbəllütariq arasında keçirilib. Lixtenşteyn yığması öz evində Cəbəllütariq üzərində 2:0 hesablı qələbə qazanıb. Qollar: D.Salanoviç (32-ci dəqiqə), S.Vizer (72-ci dəqiqə).


Şərhlər