1030 : Got error 28 from storage engine
2018-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı problem olmayacaq - Antenn Radio 101 FM Antenn.az

Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

Bizi izləyin:

07.09.2018

2018-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı problem olmayacaq

Azərbaycan Maliyyə Nazirliyi 2018-ci il dövlət büdcəsi proqnozlarının icrası ilə bağlı problem görmür.

Antenn.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

 

O bildirib ki, yanvar-avqust aylarında dövlət büdcəsinin xərcləri üzrə proqnoz 98 faizdən çox yerinə yetirilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 12 078,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz çoxdur. Xərclər 2017-ci ilin ilk yeddi ayı ilə müqayisədə 19,3 faiz artaraq 11 649,3 milyon manat təşkil edib. Hesabat dövründə dövlət büdcəsi 428,8 milyon manat profisitlə icra olunub.


Şərhlər