Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
Əzizə

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
Əzizə

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Ledi $ Qaqa

Efirdə 15:05 - 16:00
Cavid və Vəfa

Ledi $ Qaqa

Efirdə 16:00 - 18:00
Cavid və Vəfa

Maşında

İndi Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

30.08.2018

Azərbaycan vətəndaşlarından əl-barmaq izləri götürüləcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Antenn.az AZƏRTAC-a istinadən bildirir ki, həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə" üzrə 2.9-cu bəndə edilən dəyişikliyə əsasən, vəsiqə verən orqanın məsul əməkdaşı vətəndaşın ərizə-anketi üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşınfotoşəkli və əl-barmaq izləri ilə birlikdə dərhal İAMAS-a ("Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) daxil edəcək.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi vəsiqə verən orqanda həyata keçiriləcək.

Vəsiqə sahibinin əl-barmaq izləri (hər əlindən bir barmaq izi) şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil ediləcək.

15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur.

Dəyişikliklərə əsasən, fərman 2019-cu il yanvarın 1-dən deyil, 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, sentyabrın 1-dən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq. Bununla bağlı hazırlıq işləri artıq başa çatıb.


Şərhlər