Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
Əzizə

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
Əzizə

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Ledi $ Qaqa

Efirdə 15:05 - 16:00
Cavid və Vəfa

Ledi $ Qaqa

İndi Efirdə 16:00 - 18:00
Cavid və Vəfa

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

24.08.2018

Pişik və it balalarının dükanlarda satışı qadağan olunur

İngiltərə höküməti altı aydan kiçik yaşlı pişik və it balalarının dükanlarda və lisenziyalı heyvan satıcıları tərəfindən satılmasını qadağan etməyə hazırlaşır.

Antenn.az bildirir ki, heyvan hüquqları müdafiəçilərinin hazırladığı və hökümətin dəstəklədiyi təkliflər qanuna çevrildiyi zaman altı aydan kiçik yaşlı pişik və it balalarını, ancaq heyvan sığınacaqlarından və ya birbaşa yetişdiricilərindən almaq mümkün olacaq.

Hələlik müzakirə mərhələsində olan qanun pişik və itlərin qorunması məqsədilə həyata keçirilir.

Hazırda qüvvədə olan qanuna görə, lisenziyası olan dükanlar və üçüncü şəxslər pişik və it artırılması ilə məşğul olan fermalardan əldə etdikləri balaları sata bilirlər.

Heyvan hüquqları müdafiəçiləri üçüncü şəxslər və dükanlarda satılan balaların analarından erkən ayrılmasının, bir yerdən başqa bir yerə daşınarkən və yaxşı olmayan şəraitdə saxlanılmasının bir çox sağlamlıq probleminə səbəb olduğunu deyirlər.

pişik, pişiklər, pişik balaları, şirin pişik balaları, şirin it balaları, ev heyvanlarıLuna altı həftəlik olduğu halda 10 həftəlik iddiası ilə internetdə satılıb.

Yeni qanun layihəsi "Lucy Qanunu" adı altında kampaniya aparan heyvan hüquqları müdafiəçilərinin zəfəri sayılır.

"Lucy Qanunu" kampaniyası, adını köpək artırılması ilə məşğul olan bir fermada çətin şərtlərdə böyüyən bir itdən götürüb.

 

Heyvan hüquqları müdafiəçi qrupu təkliflərini 150 min imza ilə təklif edib və may ayında ona parlamentdə baxılıb.

Satış qadağası təklifini dəstəkləyən Mühafizəkarlar partiyası hökümətinin Ətraf mühit naziri Michael Gove deyib ki, "heyvanların yaşayış şərtlərini nəzərə almayan insanlar bu səfil ticarətdən bundan sonra qazanc əldə edə bilməyəcəklər".

Ölkədə neçə pişik və it balasının bu yolla satıldığının qeydləri aparılmasa da, heyvanların mühafizəsi dərnəyindən Blue Cross (Mavi Xaç) Britaniyada hər il 40-80 min it balasının satıldığını ehtimal edir.

Ətraf Mühit Nazirliyi də lisenziya ilə it və pişik balaları satan dükanların və şəxslərin sayının 100-dən aşağı olduğunu açıqlayıb.

Heyvan hüquqları müdafiə qrupları təkliflərinə əlavə olaraq heyvan sığınacaqlarında daha ciddi qaydalara tabe edilməsini və heyvan artıran fermaların bağlanılmasını istəyir.

Heyvan artıran dərnəklər də öz növbəsində bunun heyvanların qanunsuz, qara bazarda tamamilə nəzarətdən kənar alınıb-satılmasına gətirib çıxara biləcəyi barədə xəbərdarlıq ediblər.


Şərhlər