Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

İndi Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
Əzizə

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
Əzizə

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Ledi $ Qaqa

Efirdə 15:05 - 16:00
Cavid və Vəfa

Ledi $ Qaqa

Efirdə 16:00 - 18:00
Cavid və Vəfa

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

26.07.2018

Dünyanı heyrətə gətirən 10 səs - "Turetski xoru" Heydər Əliyev Mərkəzində çıxış edəcək

Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində "Turetski xoru"nun konserti keçiriləcək.

Antenn.az xəbər verir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, art qrup Bakı konsertində repertuarında olan ən məşhur kompozisiyaları – dünya klassikasının şedevrlərindən xalq mahnılarına qədər müxtəlif hitləri təqdim edəcək.

"Turetski xoru" 21-ci əsrin musiqi fenomeni, dünyanı heyrətləndirən unikal səsə, geniş vokal imkanlara, aktyor ustalığı və qeyri-adi xarizmaya sahib ifaçıların sinerjisidir.

"Turetski xoru" debütünü 1990-cı ildə edib. Art qrupun yaradıcısı və bədii rəhbəri Rusiyanın Xalq artisti Mixail Turetskidir.

Kollektivin repertuarı sərhədsizdir – onlar dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif əsərlər ifa edirlər. Qrupun ifasında 10-dan çox dildə kompozisiyalar yer alıb.

Onları populyarlıq rekordçuları adlandırırlar: səhnəyə 6000 dəfədən çox çıxıblar, turneləri zamanı 4,5 milyon km yol gediblər. Kollektiv Rusiyanın müxtəlif şəhərlərində mütəmadi konsertlər verməklə yanaşı, tez-tez Baltikyanı ölkələrdə, Almaniya, ABŞ, Kanada, İsrail və Belarusda qastrollarda olur. Qrup İspaniya, Niderland, Belçika, İsveçrə, Avstraliya, Çin və Vyetnamda da çıxış edib. Təkcə bu ilin mayında musiqi marafonu çərçivəsində 10 gün ərzində 7 ölkənin müxtəlf şəhərlərində – Paris, Lyublyana, Vyana, Berlin, Təl-Əviv, Nyu-York və Minskdə konsertləri olub.

Qrupun konsert proqramları hər zaman anşlaqla keçib. 2015-ci il mayın 9-da Moskvada təqdim etdiyi "Qələbə mahnıları" adlı konsert proqramına rekord auditoriyasını – 150 000 tamaşaçısını toplayıb. Kollektivin ən inanılmaz xüsusiyyətlərindən biri də zalda istənilən auditoriyanı oxuda bilmək bacarığıdır.

Bakı konsertinin biletlərini Heydər Əliyev Mərkəzinin kassası və iTicket.az satış məntəqələrindən əldə etmək olar.


Şərhlər