Bakı
11° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0332 AZN

Prezident: "Müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır"

Prezident: "Müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır"

“Xarici siyasətlə bağlı kursumuz dəyişməz olaraq qalır. Müharibə dövründə və müharibədən sonrakı dövr bir də onu göstərdi ki, bu, çox düzgün kurs idi. Müharibə dövründə bəzi ölkələr bizə qarşı müəyyən iradlar irəli sürdülər. Amma mənim cavabım da nə oldu. Azərbaycan xalqı bunu bildi. Artıq bu iradlar da yoxdur”. 

Bunu Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında deyib.

Dövlət başçısı bildirib ki, artıq bu əsassız ittihamlar da aradan qaldırılıb: “Hətta müharibə dövründə hesab edirəm ki, ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır. Yəni ki, onlar tərəfindən belə bir təklif irəli sürüldü, biz də bunu qəbul etdik. Biz indi anlayırıq ki, bəzi daxili səbəblər ola bilər. Bəzi indi yalan məlumatlar ola bilərdi. Hər halda biz maraqlı deyilik ki, bu məsələni uzadaq. Mən demişəm hətta Ermənistanla biz bu səhifəni bağlamalıyıq, vəssalam, qurtardı getdi. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Düşməndən qisasımızı aldıq döyüş meydanında. Xalqımızın böyüklüyünü bir daha göstərmək üçün hesab edirəm ki, əldə edilmiş qələbə tam bizi qane edir. Biz bundan sonra belə yaşamalıyıq. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldıq, düşməni cəzalandırdıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra bu məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq. Ona görə xarici siyasətlə bağlı biz əməkdaşlığa hazırıq. Bir çox ölkələr indi bərpa işlərində Qarabağda maraq göstərirlər. Onları da biz dəvət etmişik. Xarici siyasət dəyişməz olaraq qalacaq. Bu gün Azərbaycan nəinki siyasi müstəvidə özünü təsdiqlədi. Qoşulmama Hərəkatının məsuliyyətli sədri kimi özünü göstərdi, eyni zamanda, öz haqlarını özü müdafiə edə bilən ölkə kimi özünü göstərdi. Döyüş meydanında da, siyasi meydanda da qələbə qazandıq. Müharibədən sonra nə qədər çalışsa, Ermənistan öz istəyinə nail ola bilmədi. İndi bəzi ölkələrin bələdiyyələri hansısa isə qərar qəbul edirlər. Bunlar ümumiyyətlə əhəmiyyətli deyil. Onların adı heç bir siyahıda yoxdur. O bizi maraqlandırmır. Hətta bəzi parlamentlərin qərarları qəbul edilir. Ancaq nəyi biz görürük? Bizim də təbii ki, haqlı iradlarımız var. O ölkələrin rəsmi şəxsləri ya xarici işlər nazirləri, ya digər nazirlər deyirlər ki, bunu etməyin. Bu deməli qəbul edilməzdir. Yəni heç bir ölkə ilə. Bir ölkə barədə mənə məlumat verildi. Lüksemburq. Onun xarici işlər naziri hansısa bir qəbul edilməz ifadə işlətdi. Özü də mən başa düşmürəm. Lüksemburqun bizə nə daxili var? Lüksemburq, ümumiyyətlə, bu bölgədən uzaq olan bir ölkədir. Dünya miqyasında o qədər də böyük, yumşaq desək, siyasi çəkiyə malik olan ölkə deyil ki, onun xarici işlər naziri bizə irad tutsun. Ondan başqa belə bir qəbuledilməz ifadələr olmamışdır. Ona görə müharibədən sonrakı dövr də bizim xarici siyasimizin uğurlu olmasını bir daha göstərir”.

Ən son xəbərlər

Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

Qubadlıda yol tikintisi zamanı məscidi sökən şəxslər cəzalandırılacaq - RƏSMİ

Kreml: Putin-Bayden görüşü ABŞ-ın gələcək addımları nəzərə alınmaqla mümkün olacaq

Paşinyan Qarabağda öldürülən erməni hərbçilərinin sayını açıqladı

Hərbi Qənimətlər Parkına giriş üçün biletin qiyməti açıqlanıb

DSX-nin yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb

Avropanın kəllə muzeyləri - FOTO

Gəncə və Odessa qardaşlaşır

Azərbaycan-Belarus sənədləri imzalanıb

BNA Hərbi Qənimətlər Parkına gedən marşrutları açıqlayıb

Daha 30 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

"TURKUAZ" layihəsi çərçivəsində ilk konteyner qatarı Bakıya çatıb

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Ukraynalı nazir Gəncədə Ermənistanın raket hücumuna məruz qalmış ərazilərlə tanış olub - FOTO

Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan əhalisinin sayı açıqlanıb

Kiyevdə sərt karantin rejimi uzadıldı

Putinə COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub

Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək

İtaliya parlamentinin üzvləri Gəncəyə səfər edib