Bakı
11° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0332 AZN

Şöbə müdiri: "Xaçmazda şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibə əlillərinin müraciəti həll olunur"

Şöbə müdiri: "Xaçmazda şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibə əlillərinin müraciəti həll olunur"

Azərbaycan Prezidenti İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə olunan müraciətlər həll olunur.

Bu barədə şöbənin müdiri Vüqar Fərzəliyev məlumat verib.

O qeyd edib ki, ümumilikdə şöbənin iş prinsipi şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibə əlillərinə müraciətləri əsasında onlara yardım göstərilməsindən ibarətdir: "Bugünki günə qədər şöbəmizə şəhid ailələrindən, müharibə əlillərindən, müharibə iştirakçılarından müəyyən müraciətlər daxil olub. Əlimizdən gələni əsirgəməyərək, bütün vasitələrdən istifadə edərək onlara kömək olmağa çalışmışıq. Elə məsələlər var ki, bizə olunan müraciət əsasında yerindəcə həll olunur, elə məsələlər var ki, rayonların digər qurumları ilə əlaqəli koordinasiyalı şəkildə həll edilir, elə məsələlər də var ki növbəli şəkildə bizdən yuxarı instansiyalara müraciət edərək həll olunur".

V.Fərzəliyev həmçinin bildirib ki, rayon icra hakimiyyəti nəzdində yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsi ümumilikdə şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibə əlillərinə kömək və dəstək üçün yaradılıb: “Bunun üçün şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlilləri  icra hakimiyyəti nəzdində olan şöbəyə müraciət etməlidirlər. Birinci növbədə cənab ali baş komandanımız, möhtərəm prezidentimizə təşəkkürümü bildirmək istəyirəm ki, 30 ildən sonra bizə bu zəfəri yaşatdı. Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibə əlillərinə  göstərdiyi diqqət və qayğıya görə birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Mən Birinci Qarabağ müharibəsi zamanı xidmətə başlayaraq Vətən müharibəsinə qədər xidmət etmişəm, ehtiyatda olan zabitəm. Bu müharibələr arasında olan müddətdə də ordu sıralarında xidmət etmişəm. Dəmir yumruq əməliyyatında qismən də olsa pay sahibi olduğum üçün qürur duyuram".

Qeyd edək ki, V. Fərzəliyev 1974-cü ildə Xaçmaz şəhərində anadan olub. O, 2001-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirib, 2001-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, 24.11.2014-cü ildə ehtiyata buraxılıb. Vətən müharibəsi başladıqdan sonra 07.10.2020-ci ildə yenidən ordu sıralarına çağırılıb, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. 10.01.2021-ci ildə ehtiyata buraxılıb. Ehtiyatda olan mayordur. “Silahlı Qüvvələrin 10 illik Yubileyi”, “Qüsursuz xidmətə görə 3-cü dərəcəli”, “Qüsursuz xidmətə görə 2-ci dərəcəli”, “Silahlı Qüvvələrin 90 illik Yubileyi” və “Qüsursuz xidmətə görə 1-ci dərəcəli” medallarla təltif edilib.

Ən son xəbərlər

Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

Qubadlıda yol tikintisi zamanı məscidi sökən şəxslər cəzalandırılacaq - RƏSMİ

Kreml: Putin-Bayden görüşü ABŞ-ın gələcək addımları nəzərə alınmaqla mümkün olacaq

Paşinyan Qarabağda öldürülən erməni hərbçilərinin sayını açıqladı

Hərbi Qənimətlər Parkına giriş üçün biletin qiyməti açıqlanıb

DSX-nin yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb

Avropanın kəllə muzeyləri - FOTO

Gəncə və Odessa qardaşlaşır

Azərbaycan-Belarus sənədləri imzalanıb

BNA Hərbi Qənimətlər Parkına gedən marşrutları açıqlayıb

Daha 30 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

"TURKUAZ" layihəsi çərçivəsində ilk konteyner qatarı Bakıya çatıb

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Ukraynalı nazir Gəncədə Ermənistanın raket hücumuna məruz qalmış ərazilərlə tanış olub - FOTO

Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan əhalisinin sayı açıqlanıb

Kiyevdə sərt karantin rejimi uzadıldı

Putinə COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub

Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək

İtaliya parlamentinin üzvləri Gəncəyə səfər edib