Bakı
11° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0332 AZN

Qazi və şəhid ailələrinin evinə qaz verilib

Qazi və şəhid ailələrinin evinə qaz verilib

Ötən il dekabrın 15-dən 2021-ci il fevral ayının sonunadək 1-ci Qarabağ və Vətən Müharibəsinin iştirakşısı olan qazilərin, şəhid ailələrinin “Azəriqaz” İstehsalat Birliyinə 31 müraciəti daxil olub.

Birlikdən verilən məlumata görə, bunlar yalnız Birliyin Təmir-Tikinti İdarəsinin həyata keçirəcəyi işlərin siyahısıdır. Bundan başqa Regional qaz istismarı İdarələri də 8 bölgə üzrə onlarla eyni təbəqədən olan insanların müraciətlərinin icrasını tənzimləməkdədir. Bu igid övladlardan bir neçəsinin qəhrəmanlıq hekayəsini də nəzərdən keçirək.

Elgün Muradov və atası Nəriman Muradov torpaqlarımızın azadlığı uğrunda döyüşən cəsur döyüşçülər olublar. Oğul 2020-ci il sentyabrın 27-də başlanılan Vətən Müharibəsinin, ata isə 1-ci Qarabağ Müharibənin iştirakçısı olub. Hər ikisi vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmaqdan fəxr hissi keçirdiklərini deyirlər. Elgün Muradov Vətən Müharibəsində Qubadlı, Zəngilan, Füzuli, Xocavənd rayonlarının işğaldan azad olunmasında şücaət göstərib. Onun atası Nəriman Muradov isə 1-ci Qarabağ Müharibəsində 1992-ci ildə Ağdərə, Tərtər, Qırmızıkənd istiqamətində döyüşüb.

Onlar Abşeron rayonu, Yeni Mehdiabad yaşayış massivindəki fərdi yaşayış evlərində təbii qazın olmadığı barədə “Azəriqaz” İB-yə müraciət ediblər. Qazilərin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrinin müraciətlərinə diqqət göstərən Birlik bu müraciətə də həssaslıqla yanaşıb. Qısa müddət ərzində sözügedən yerdə qazlaşdırma işləri həyata keçirilib.

Ən son xəbərlər

Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

Qubadlıda yol tikintisi zamanı məscidi sökən şəxslər cəzalandırılacaq - RƏSMİ

Kreml: Putin-Bayden görüşü ABŞ-ın gələcək addımları nəzərə alınmaqla mümkün olacaq

Paşinyan Qarabağda öldürülən erməni hərbçilərinin sayını açıqladı

Hərbi Qənimətlər Parkına giriş üçün biletin qiyməti açıqlanıb

DSX-nin yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb

Avropanın kəllə muzeyləri - FOTO

Gəncə və Odessa qardaşlaşır

Azərbaycan-Belarus sənədləri imzalanıb

BNA Hərbi Qənimətlər Parkına gedən marşrutları açıqlayıb

Daha 30 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

"TURKUAZ" layihəsi çərçivəsində ilk konteyner qatarı Bakıya çatıb

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Ukraynalı nazir Gəncədə Ermənistanın raket hücumuna məruz qalmış ərazilərlə tanış olub - FOTO

Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan əhalisinin sayı açıqlanıb

Kiyevdə sərt karantin rejimi uzadıldı

Putinə COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub

Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək

İtaliya parlamentinin üzvləri Gəncəyə səfər edib