Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
Əzizə

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
Əzizə

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Ledi $ Qaqa

Efirdə 15:05 - 16:00
Cavid və Vəfa

Ledi $ Qaqa

Efirdə 16:00 - 18:00
Cavid və Vəfa

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

İndi Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

07.06.2018

Prezident İlham Əliyev:

XIX əsrdə inşa edilmiş və Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş İmam Hüseyn məscidi açılışa hazırdır.

Antenn.az - ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında təşkil etdiyi iftar zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda din dövlətdən ayrıdır: "Ancaq dövlət dindarlara daim dəstək, dayaq olur. Bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə bərpa edilibdir. Şeyx həzrətləri qeyd etdiyi kimi, indi Təzəpir məscidinin ətrafı təmizlənir. Onun ətrafı böyük bir ictimai zonaya çevriləcək, orada böyük park salınır. Çünki vaxtilə Təzəpir məscidinin ətrafındakı binalar onun əzəmətini gizlədirdi. İndi artıq məscidin bir hissəsi açılıb, böyük park salınır. Digər hissənin açılması gözlənilir və beləliklə, Azərbaycanda gözəl bir memarlıq ansamblı yaradılır.

Bibiheybət məscidi bizim qədim tarixi məscidimizdir. “İmamzadə” tarixi-dini kompleksi, Şamaxı Cümə məscidi, Əjdərbəy məscidi dövlət tərəfindən əsaslı şəkildə təmir edilib. Ölkəmizin ən böyük məscidi olan Heydər məscidi dövlət hesabına tikilib ki, bu, memarlığına görə bir əsərdir. Eyni zamanda, keçən il Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Uzun fasilədən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində azan səsi eşidilir".

İlham Əliyev əlavə edib ki, Şamaxı məscidi ilə eyni vaxtda inşa edilmiş, ən qədim məscidlərimizdən biri olan Şamaxı rayonunun Dəmirçi kəndindəki məscid keçən il əsaslı şəkildə təmir edilib:

"Bu il Hacı Cavad məscidinin yeni binası tikildi və şeyx həzrətləri qeyd etdiyi kimi, prezident seçkilərindən sonra mənim getdiyim birinci yer məhz Hacı Cavad məscidinin yeni binasının açılışı olmuşdur və bu, təsadüfi deyil. Çünki mən oraya seçkilərdən əvvəl də, seçkilərdən bir ay sonra da gedə bilərdim. Məhz seçkilərdən sonra birinci tədbir - yenidən tikilmiş Hacı Cavab məscidinin açılışı hesab edirəm ki, böyük məna daşıyır. Hesab edirəm ki, dindarlar və bütün Azərbaycan vətəndaşları bunu çox gözəl başa düşürlər".

Prezident vurğulayıb ki, eyni zamanda, XIX əsrdə inşa edilmiş və Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş İmam Hüseyn məscidi də açılışa hazırdır:

"Yəni, bu istiqamətdə həm dövlət, - əlbəttə ki, əsas yükü dövlət öz üzərinə götürüb, - həm də ictimai qurumlar öz töhfəsini verirlər və bu, bizim borcumuzdur. Bizim tarixi abidələrimiz, dini abidələrimiz milli sərvətimizdir. Bütün başqa dinlərin məbədləri bizim üçün əzizdir, bizim sərvətimizdir. Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda dini siyasət çox düşünülmüş şəkildə aparılır və Azərbaycan xalqının maraqlarına cavab verir".


Şərhlər