29.05.2018
Tanınmış müğənni özünə 5 milyona villa alır

Türkiyənin tanınmış müğənnisi Ajda Pekkan özünə yeni mülk almaq niyyətindədir. Antenn.az -ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 72 yaşlı müğənni doğulduğu və yeniyetməlik dövründə yaşadığı malikanəni satın almaq qərarına gəlib.
Mülk İstanbuldakı 360 tarixi villadan biri hesab edilir və qiyməti 5 milyon dollardır.
Tweet