Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
Əzizə

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
Əzizə

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Ledi $ Qaqa

İndi Efirdə 15:05 - 16:00
Cavid və Vəfa

Ledi $ Qaqa

Efirdə 16:00 - 18:00
Cavid və Vəfa

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

18.04.2018

İlham Əliyevin andiçmə mərasimi keçirildi

 Aprelin 11-də keçirilən Prezident seçkilərində qalib gələn İlham Əliyevin andiçmə mərasimi başlayıb.

Antenn.az-ın xəbərinə görə, tədbir Milli Məclisdə keçirilir.

Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edirlər. Andiçmə bitəndən sonra Nazirlər Kabineti istefaya gedəcək və hökumətin yeni tərkibi elan olunacaq.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Azərbaycan Prezidenti seçkilərinin nəticələrini təsdiqləyib, seçkilərdə ən çox səs toplamış, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev Prezident elan edilib. Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir. 

Andın mətni belədir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan edib: “Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib: “Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.

Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyir.


Şərhlər