Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

İndi Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
Əzizə

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
Əzizə

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Ledi $ Qaqa

Efirdə 15:05 - 16:00
Cavid və Vəfa

Ledi $ Qaqa

Efirdə 16:00 - 18:00
Cavid və Vəfa

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

11.04.2018

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Antenn.az xəbər verir ki, "Report"un məlumatına görə, son oyun günündə biri İspaniya, digəri isə Almaniyada olmaqla iki oyun baş tutacaq.

İspaniyanın "Real Madrid” klubu doğma azarkeşlər önündə İtaliya "Yuventus”u ilə üz-üzə gələcək. Madrid təmsilçisi İtaliyadakı matçda 3:0 hesabı ilə qələbə qazanıb. Turin klubu bu görüşdə möcüzəni reallaşdırmağa çalışacaq.

Meydan sahibləri bu qarşılaşmaya ciddi itki ilə çıxacaq. Komandanın əsas müdafiəçisi Serxio Ramos cəzalı olduğuna görə bu oyunda iştirak etməyəcək. Madrid klubunun digər müdafiəçisi Naço isə zədə səbəbindən görüşü buraxacaq. Lukas Vaskesin isə iştirakı sual altındadır.

Qonaqlarda isə Paulo Dibala və Rodriqo Bentankur cəzalı, Andrea Barzaqli isə zədə səbəbindən bu matçda komandasına kömək edə bilməyəcək.

Günün digər oyununda Almaniyanın "Bavariya” klubu İspaniyanın "Sevilya” komandasını qəbul edəcək. İlk görüşdə səfərdə rəqibini 2:1 hesabı ilə məğlub edən Almaniya təmsilçisi cavab qarşılaşmasına itkilərlə çıxacaq. Manuel Noyer, David Alaba, Arturo Vidal və Kinqsli Koman zədə səbəbindən bu matçda iştirak etməyəcək.

Qonaqların heyətində isə Simon Kyer bu oyunu buraxacaq. Qabriel Merkado, Xoakin Korrea və Sebastyan Korşyanın bu matçda iştirakı bəlli deyil.

Çempionlar Liqası

1/4 final (cavab oyunları)

11 aprel

22:45. "Real Madrid” (İspaniya) – "Yuventus” (İtaliya)

Baş hakim: Maykl Oliver (İngiltərə)

İlk oyun – 0:3

22:45. "Bavariya” (Almaniya) – "Sevilya” (İspaniya)

Baş hakim: Villi Kollam (Şotlandiya)

İlk oyun – 2:1


Şərhlər