Bakı
11° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0332 AZN

“Israel Hayom” qəzeti: "Xocalıya ədalət tələb edirik"

“Israel Hayom” qəzeti: "Xocalıya ədalət tələb edirik"

İsrailin ivritdilli aparıcı nəşri olan “Israel Hayom” qəzetində “Azərbaycanlılar Xocalıda ermənilər tərəfindən törədilmiş qanlı qırğını heç vaxt unutmayacaq” sərlövhəli məqalə dərc olunub.

İsrailli jurnalist Din Şmuel Elmasın müəllifi olduğu məqalədə qeyd edilir ki, həmin qanlı soyqırımı aktı zamanı Xocalı sakinləri şəhəri tərk etməyə çalışıb, lakin erməni silahlı dəstələri Xocalını gülləbaran ediblər: “Azərbaycanlı dinc sakinlər erməni silahlı dəstələri tərəfindən gülləbaran edilib. Ermənilər bu sakinləri xüsusi qəddarlıqla öldürürdü. Bu vandalizm aktı nəticəsində Xocalının 613 sakini həlak olub, 487 nəfər yaralanıb, 1275 adam əsir düşüb. 150 nəfərin sonrakı taleyi barədə hələ də məlumat yoxdur”.

Müəllif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər il olduğu kimi bu il də Xocalı hadisəsini qeyd etdiyini və Ankara ilə Bakı arasında əlaqənin sarsılmaz olduğunu bildirdiyini yazıb:

“Mən Azərbaycan xalqına başsağlığı verirəm”, - deyən Prezident Ərdoğan daha sonra əlavə edib: “Biz bir millət, iki dövlətik. Biz Azərbaycanı dəstəkləməkdə davam edəcəyik”.

Məqalədə qeyd olunub ki, Ərdoğanın sözçüsü İbrahim Kalın deyib: “Biz bu amansız qırğın zamanı qətlə yetirilənləri heç vaxt unutmayacağıq və onların unudulmasına imkan verməyəcəyik”.

Din Şmuel Elmas yazır ki, Türkiyə XİN bəyanatla çıxış edib. Bəyanatda “Biz bilirik ki, Xocalıda törədilmiş dəhşətli soyqırımı aktının vurduğu yaralar hələ sağalmayıb. Biz Azərbaycanın dərdinə şərik olduğumuzu bildiririk” deyə qeyd olunub: “Türkiyə XİN rəhbəri deyib: “Xocalıda insanlığa qarşı törədilmiş cinayəti unutmamışıq və unuda bilmərik”.

Məqalə müəllifi Azərbaycan Prezidenti İlham Əliyevin bu sözlərini sitat gətirir: “Biz Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq”.

İsrail-Azərbaycan münasibətləri üzrə tanınmış ekspert, “İsraildə Azərbaycan Evi”nin rəhbəri Arye Qut “Israel Hayom” nəşrinə müsahibəsində bildirib ki, azərbaycanlı qaçqınların öz əzəli torpaqlarından qovulması İkinci Dünya müharibəsindən sonra Avropada dinc əhalinin ən kütləvi şəkildə qovulması hadisələrindən biri idi: “Xocalı ermənilər tərəfindən vəhşicəsinə qəddarlıqla Azərbaycan torpaqlarında aparılmış amansız etnik təmizləmənin nəticəsi oldu. Qadınlara, qocalara və uşaqlara münasibətdə bu qeyri-insani qəddarlığı heç cür anlamaq mümkün deyil. Xocalıda qətlə yetirilmiş insanların yeganə “təqsiri” onların azərbaycanlı olmaları idi”.

Arye Qut bildirib ki, uzun müddət hakimiyyətdə qalmış, bu gün isə erməni siyasi isteblişmentinin tərkib hissəsi kimi qalan sabiq prezident Serj Sarkisyanın və digər sabiq prezident Robert Koçaryanın beynəlxalq birlik tərəfindən məsuliyyətə cəlb olunması tələb edilir: “Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik – bu canilər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Biz Xocalıdakı qanlı hadisələrin bir daha təkrarlanmasını istəmirik. Biz Xocalıya ədalət tələb edirik”.

Ən son xəbərlər

Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

Qubadlıda yol tikintisi zamanı məscidi sökən şəxslər cəzalandırılacaq - RƏSMİ

Kreml: Putin-Bayden görüşü ABŞ-ın gələcək addımları nəzərə alınmaqla mümkün olacaq

Paşinyan Qarabağda öldürülən erməni hərbçilərinin sayını açıqladı

Hərbi Qənimətlər Parkına giriş üçün biletin qiyməti açıqlanıb

DSX-nin yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb

Avropanın kəllə muzeyləri - FOTO

Gəncə və Odessa qardaşlaşır

Azərbaycan-Belarus sənədləri imzalanıb

BNA Hərbi Qənimətlər Parkına gedən marşrutları açıqlayıb

Daha 30 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

"TURKUAZ" layihəsi çərçivəsində ilk konteyner qatarı Bakıya çatıb

Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Ukraynalı nazir Gəncədə Ermənistanın raket hücumuna məruz qalmış ərazilərlə tanış olub - FOTO

Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan əhalisinin sayı açıqlanıb

Kiyevdə sərt karantin rejimi uzadıldı

Putinə COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub

Səlcuq Bayrakdar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirib

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək

İtaliya parlamentinin üzvləri Gəncəyə səfər edib