Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
Əzizə

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
Əzizə

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

İndi Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Ledi $ Qaqa

Efirdə 15:05 - 16:00
Cavid və Vəfa

Ledi $ Qaqa

Efirdə 16:00 - 18:00
Cavid və Vəfa

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

20.02.2018

"Olimpiadada iştirak qərarımı bir neçə saat ərzində verdim"

"Konkisürənin zədələnməsindən sonra mən Azərbaycan adından olimpiadaya yollanmağa namizəd ola biləcək yeganə idmançı idim. Çünki ötən qış yaxşı nəticələrim olmuşdu. Beləliklə, bir neçə saat ərzində qərar qəbul etməli idim. Dəfələrlə edilən zəngdən sonra olimpiadada iştirakıma dair vəd verdim".

 

Antenn.az xəbər verir ki, "Report"un məlumatına görə, bunu Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən dağ xizəkçisi Patrik Braxner Avstriya mətbuatına açıqlamasında deyib. Ardıcıl ikinci olimpiadada iştirak edən avstriyalı legionerin yarışa yollanması çətinliklə başa gəlib. ABŞ-a köçməsi üzündən Braxnerin praktiki heç bir avadanlığı və məşq praktikası olmayıb. Bu səbəbdən, o, hər şeyi çox qısa vaxtda təşkil etmək məcburiyyətində qalıb. Çünki Azərbaycan tərəfi sifariş ərizəsinin bitmə müddətinə bir gün qalmış onun adını Beynəlxalq Olimpiya Komitəsinə göndərməyə müvəffəq olub.

Karyerasını bərpa edən avstriyalı idmançı səhər 5-dən 7-dək fitnes çalışmaları edib, axşamlar isə işdən sonra və bazar günləri xizəklə çalışıb: "Çünki mən hazırlıq müddətində öz işimi də qorumaq istəyirdim. Bu, mənim üçün çox ciddi təlim layihəsi idi. Təlimin bütün aspektlərini lazımi səviyyədə və maksimum effektli aparmalı idim".

Braxnerin böyük slalom və slalom yarışlarında iştirak edəcəyi deyilsə də, o, yalnız slaloma köklənməyi qərara alıb. Soyuq hava şəraiti üzündən o, Açılış mərasimindən məhz qrip infeksiyası ilə də mübarizə aparmalı olub. Təcrübəli dağ xizəkçisi olimpiadada qarşısına konkret hədəf qoymayıb: "Arzum 30 ən yaxşı slalomçu sırasına düşməkdir. Olimpiada təcrübəmə əsasən, yarışa təzyiq altında olmadan çıxacağam".

 


Şərhlər