Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
Əzizə

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
Əzizə

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Ledi $ Qaqa

Efirdə 15:05 - 16:00
Cavid və Vəfa

Ledi $ Qaqa

Efirdə 16:00 - 18:00
Cavid və Vəfa

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

İndi Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

05.02.2018

120 min manatlıq ev alanları yoxlayacaqlar

Böyük Britaniyada daşınmaz əmlak alan xarici vətəndaşları xoşagəlməz yenilik gözləyir.

 

Antenn.az-ın məlumatına görə, FED.az xəbər verir ki, yaxın vaxtlardan etibarən ölkə hökuməti məbləği 50 min funt sterlinqdən (indiki məzənnə ilə 71 min dollar və ya 57 min avrodan) artıq olan aktivlərin mənbəyini soruşacaq. Başqa sözlə, ölkədə bu məbləğdən artıq yatırım edənlər onun mənbəyini göstərməli və bu pul necə əldə etdiklərini izah etməli olacaqlar.
 
Britaniya «Houm ofis»inin – hökumət yanında departamentin – naziri Ben Uolles bildirib ki, cinayətkarlar və Britaniyadan çirkli pulların yuyulması üçün istifadə edən siyasətçilərlə mübarizə aparmaq üçün bütün qüvvələri cəlb etmək niyyətindədir. Qeyd edək ki, adı çəkilən departament iqtisadi cinayətkarlıqla mübarizə aparmaqla məşğuldur.
 
«Biz sizə və sizin aktivlərinizə çatdıqda sizin üçün «ağır həyat» quracağıq»-deyə Uolles xəbərdarlıq edib. Yeri gəlmişkən, Times-ın məlumatına görə, hər il Britaniyada 90 milyard funt sterlinq çirkli pulları «yuyulur».
 
Qeyd edək ki, britaniyalı nazirin bəyanatlarını  qanunvericilikdəki dəyişiklik də təsdiqləyir. Artıq fervral ayından hökumət orqanlarına səlahiyyə verilib ki, mənbəyi məlum olmayan pullar haqqında sorğular versinlər (Unexplained wealth orders — UWO). Əgər yatırım edən şəxslər gəlirlərinin mənbəyini izah edə bilmirlərsə, həmin pullara həbs qoyula və ya dondurula bilər.
 
Nazir bildirib ki, belə sorğular yerli maklerlərdən tutmuş xarici oliqarxlara və cinayətkarlara qədər hamını əhatə edəcək.


Şərhlər