Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

İndi Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
Əzizə

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
Əzizə

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Qadınlar klubu

Efirdə 15:05 - 16:00
Yaqut və Gülnar

NON-STOP

Efirdə 16:00 - 18:00

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

27.01.2018

Ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsindən danışılıb

Ölkədə kənd təsərrüfatının, aqrar sektorun inkişafı iki məsələni daha çox özündə ehtiva edir: birincisi, ərzaq təhlükəsizliyi məsələsi, ikincisi isə yeni emal müəssislərin açılması, yeni texnologiyanın tətbiqi.

 

Antenn.az-ın məlumatına görə, Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov adıçəkilən komitənin yanvarın 26-da keçirilən iclasında deyib.

O, deyib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi olduqca vacib və aktual bir məsələdir:

 

"Bildiyiniz kimi, artıq neçə illərdir dünyada maliyyə-iqtisadi böhran yaşanır və bunu sonu da hələ ki görünmür. Heç şübhəsiz ki, bu böhrandan çıxmağın ən əsas yollarlından biri vaxtında ərzaq təhlükəsizliyi məsələsinə ciddi diqqət yetirmək, ərzaq təhlükəsizliyini təmin etməkdir.Çox şükürlər olsun ki, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu böhrandan yan keçə, zərərsiz ötüşə bildi. Bu gün Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsində, ümumiyyətlə, insanların ərzaq məhsullarına olan tələbatında hansısa bir problem yoxdur. Amma bu, o, demək deyil ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi bizim maraqımızda, nəzərimizdə olmamalıdır. Bu məsələ bizim də marağımızda, diqqətimizdədir.Odur ki, ölkədə kənd təsərrüfatının inkişafına önəm verilməsində ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi daha öndə gəlir. Bununla bağlı ayrıca dövlət proqramı da mövcuddur. Hətta, bir zamanlar ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ayrıca qanun layihəsinin hazırlanıb, qəbul olunması da müzakirə mövzusu idi. Mən özüm də bir neçə dəfə bununla bağlı danışmış, fikrimi bildirmişdim və bu baxımdan, əgər lazım gələrsə, gələcəkdə bu yöndə də ayrıca qanun layihəsi hazırlanıb, müzakirələrə təqdim olun bilər".

 

Adıçəkilən komitənin üzvü Eldəniz Səlimov da E. İbrahimovun fikirlərini dəstəklədiyini bildirərək, qeyd edib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi bir an belə diqqətdən kənarda olmamalıdır.

 

"Bu gün hamımız şahidiyik ki, dünyada, ətrafımızda nələr yaşanır. Müharibələr, qanlı qarşıdurmalar, terrorizm, qaçqınlar ordusu dünyanı başına götürüb, hər gün bu sıraya az qala "yeniləri" əlavə olunur. Eyni zamanda, dünyanın az qala yarısından çoxunda aclıq, yoxsulluq, səfalət baş alıb gedir. Bunlar isə hər kəsi ciddi düşünməyə vadar edir və etməlidir. Yəni, burada da ərzaq təhlükəsizliyinin təmin edilməsi bir nömrəli məsələ kimi qarşıya çıxır. Əlbəttə, çox sevindirici və qürürlandırıcı haldır ki, ölkədə aparılan məqsədyönlü siyasi-iqtisadi kurs nəticəsində Azərbaycanda ərzaq təhlükəsizliyinin təmini problemi yoxdur. Amma bununla belə, bu məsələ hər an diqqət mərkəzində saxlanılmalı bir məsələdir. Bir anlıq da olsa belə, bu məsələ diqqətdən kənarda qalmamalıdır" - deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.


Şərhlər