Bakı
10° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0327 AZN

Azərbaycan və Ukrayna regional iqtisadi əməkdaşlığı gücləndirmək istəyir

Azərbaycan və Ukrayna regional iqtisadi əməkdaşlığı gücləndirmək istəyir

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyəti bütün ölkələr üçün əlverişli iqtisadi layihələrə fokuslanmaqdır”

Bunu Ukraynanın Xarici İşlər nazirinin müavini Vasil Bodnar Azərbaycana səfəri zamanı həmkarı Mahmud Məmməd-Quliyevlə görüşdə deyib.

Onun sözlərinə görə, əsas məqsəd biznes, IT-texnologiyaları və innovasiyalar üzrə bütün ölkələrin iqtisadi maraqlarını birləşdirəcək platformadır: “Ümumilikdə, Ukrayna və Azərbaycanın QDİƏT-də və digər tərəfdaş-ölkələrdə qarşılıqlı əməkdaşlığı Qara dəniz regionu və dünyanın iqtisadi proseslərində inteqral iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni əlavə imkanlar yaratmalıdır.”

Tərəflər qeyd edib ki, birgə səylər sayəsində regionun bütün ölkələrinin işgüzar cəmiyyətinin tələbatının ödənilməsi məqsədilə özəl-dövlət tərəfdaşlıq proqramlarının həyata keçirilməsi yolu ilə QDİƏT fəaliyyətinin keyfiyyətini artırmaq lazımdır. Xüsusilə, bu QDİƏT İşgüzar şurasının fəaliyyətinin restrukturizasiyası, startapların işə salınması, yüklərin daşınma prosedurunun təkmilləşdirilməsi, “elektron icazə” layihəsinin həyata keçirilməsi, eləcə də rəqəmsal dövlət xidmətlərinin sinxronizasiyası və BLOCKCHAIN texnologiyalarının tətbiqi ilə gömrük və sərhədyanı prosedurlarının uzlaşdırılmasına aid edilir.

Həmçinin, biznes təkliflərinin həyata keçirilməsi, işgüzar onlayn-görüşlərinin və tematik biznes-forumlarının keçirilməsi məqsədilə elektron bazanın yaradılması üçün QDİƏT fəaliyyətini gücləndirmək vacibdir.

Görüşdə həmçinin, GUAM fəaliyyəti çərçivəsində əldə edilmiş müsbət təcrübənin tətbiqinin, eləcə də tərəfdaş-ölkələrin regionları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğu vurğulanıb.

Ən son xəbərlər

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təltif edib - SİYAHI

Baş Qərargah rəisi: "Azərbaycan-Ermənistan sərhədi ən yüksək səviyyədə qorunur"

Bir qrup qadına fəxri adlar verilib - SİYAHI

Mövlud Çavuşoğlu: "Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü olacaq"

İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Prezident: "Müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır"

Futbolda yeni qaydalar təsdiqlənərək, izah olundu

Zaqatalada yeni fındıq emalı fabriki yaradılır

Magistraturada açılması nəzərdə tutulan yeni ixtisasların adları açıqlanıb -SİYAHI

Ərdoğan apreldən turizmin pandemiyadan əvvəlki vəziyyətinə qayıdacağına inanır

Tbilisinin məşhur binasının satışı növbəti dəfə uğursuz olub

Şöbə müdiri: "Xaçmazda şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibə əlillərinin müraciəti həll olunur"

Ötən ay 70 diplomun tanınmasından imtina edilib

Dünya iqtisadiyyatı qum qıtlığı ilə üzləşə bilər

Hansı ölkələrdən diplomların tanınması ilə bağlı daha çox müraciət olunduğu açıqlanıb

Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərin Həcminə dair Protokol təsdiqləndi

Qazi və şəhid ailələrinin evinə qaz verilib

Gürcüstana ilk vaksin partiyası martın 22-də çatdırılacaq

İlham Əliyev: "Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik"

Ərdoğan Merkellə videokonfrans formatında görüşüb

Prezident: "Əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq"