Bakı
26.03° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0122 AZN

Həsən Pezük: "BTQ daha sərfəli, sürətli və təhlükəsiz beynəlxalq dəhlizdir"

Həsən Pezük: "BTQ daha sərfəli, sürətli və təhlükəsiz beynəlxalq dəhlizdir"

“2020-ci ildə Türkiyənin dəmiryolları vasitəsi ilə ixrac daşımaları 35 dəfə artıb”.

Bunu Türkiyə Dövlət Dəmir Yollarının (TCDD) baş direktoru Həsən Pezük deyib.

"2019-cu ildə 165 milyon sənişin daşımışıq, davamlı artan yük daşıma həcmimiz 2020-ci ildə 30 milyon tona çatıb. Hazırda biz, Bakı-Tiblisi-Qars (BTQ) dəmiryolu xətti vasitəsi ilə Avropa, İran, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Rusiya və Çin kimi bir sıra ölkələrə ixrac blok qatarları ilə yükdaşımaları həyata keçiririk. "Orta Koridor" (TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizi), ölkəmizin liman əlaqələri sayəsində Asiyadakı yük trafikinin Yaxın Şərq, Şimali Afrika və Aralıq dənizi bölgələrinə çatması üçün əhəmiyyətli imkanlar təqdim edir. Eyni zamanda dəmir yolu və dəniz nəqliyyatının birlikdə istifadə olunduğu əlaqələndiilmiş daşımalar ilə reallaşdırılan ixrac yüklərimiz fərqli ölkələrdə cəmləşməyə davam edir. Qurum olaraq bu fürsətlərdən ölkəmiz üçün ən faydalı şəkildə istifadə etməyə çalışırıq”, - deyə H. Pezük bildirib.

Onun sözlərinə görə, son 18 ildə dəmir yolu sektoru hər mənada böyük bir inkişafa imza atıb: "Bu dövrdə dəmir yolu sektoruna 171,6 milyard türk lirəsi investisiya qoyulub. Əsas dəhlizi yaradarkən həm milli, həm də Avropa-Asiya-Yaxın Şərq arasında tranzit nəqliyyat imkanlarını artırmaq və multimodal daşımaların inkişaf etdirmək üçün dəmiryolu ilə yük daşımaları layihələrinə üstünlük verilib”.

O qeyd edib ki, bu günə qədər Türkiyədən Çinə 3 blok ixrac qatarı olmaqla, qarşılıqlı 11 blok ixrac konteyner qatarı göndərilib: “Çinə ilk iki ixrac qatarımızda məişət texnikası, sonuncu qatarımızda isə bor mədən maddəsi ixrac edilib.Yenə BTQ vasitəsi ilə Türkiyədən Rusiyaya içində məişət texnikası olan ilk ixrac qatarımızda göndərilib. Bu qatarları yeni ixrac qatarları izləyəcək. Bu məqsədlə ixracatçılarımızla sıx şəkildə əməkdaşlıq edirik. BTQ və "Iron Silk Road" dəhlizlərinə tələbin artdığını xoşbəxtlik və qürur hissi ilə ifadə etmək istəyirəm”.

H. Pezük bildirib ki, BTQ və "Iron Silk Road" dəhlizləri daha sərfəli, daha sürətli, daha təhlükəsiz və iqlimi daha əlverişli olduğundan çox əhəmiyyətli bir beynəlxalq dəmir yolu dəhlizi olaraq ön plana çıxır: "Bu üstünlükləri sayəsində ixrac yükləri Türkiyədən Rusiyaya 8 günə, Çindən Türkiyəyə 12 günə, Çindən Avropaya isə 18 günə çatdırmaq olur.

Türkiyə Avropa istiqamətində yük nəqliyyatına artan tələbi qarşılamaq üçün Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa, Avstriya, Slovakiya, Çexiya və Almaniyaya blok yük qatarı işləyir, artan tələbi qarşılamaq üçün mövcud qatar xidmətinin artırıldığını və yeni blok yük qatarlarını istismara verib”.

Ən son xəbərlər

FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşüb

Ağdam rayonunun Şuraabad kəndindən videogörüntülər

Bahar Muradova Türkiyə səfiri ilə görüşüb

Vətən müharibəsində yaralanmış 1053 qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

İqtisadiyyat Nazirliyi: Toylarda karantin qaydalarının pozulması halları azalır

TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid edib

Tokio-2020: 22 idmançı mübarizəni dayandırıb, 2-si medal qazanıb - SİYAHI

Şuşada 2040-cı ilə qədər 25 min nəfər yaşaya biləcək

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərəcək”

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nümayəndələrinin Şuşaya səfəri başlayıb

Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib

Prezident İsmayıllıda avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayırıb

Mehriban Əliyeva: "Türkiyə xalqının kədəri bizim kədərimizdir"

Kəmaləddin Heydərov Türkiyədəki yanğınlarla bağlı Mövlud Çavuşoğluna zəng edib

Rusiya XİN Azərbaycan və Ermənistanı vəziyyətin daha da pisləşməsi ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə çağırır

Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı Baş konsulluğunda “qaynar xətt” yaradılıb

AAYDA: “Zəfər Yolu”nun 60-70%-i hazırdır”

ANAMA Qarabağda 3 500 hektar ərazini partlamamış hərbi sursatdan təmizləyib

Mövlud Çavuşoğlu: "Yanğınla bağlı 3 şübhəli şəxs saxlanılıb"

Tokio-2020: Azərbaycan ilk medalını qazanıb

Azərbaycan Türkiyəyə 500 nəfərlik canlı qüvvə və helikopterlər göndərəcək