Bakı
10° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0327 AZN

İranın bəzi ərazilərindən Azərbaycana quş ətinin gətirilməsi dayandırılıb

İranın bəzi ərazilərindən Azərbaycana quş ətinin gətirilməsi dayandırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İran İslam Respublikasının Mazandaran (Mazandaran), Gilan (Gilan), Qum (Qom), Kürdüstan (Kurdistan) əyalətlərində və Şotlandiyanın Fayf (Fife) inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İran İslam Respublikasının Mazandaran, Gilan, Qum, Kürdüstan əyalətlərindən və Şotlandiyanın Fayf inzibati ərazi vahidindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İran İslam Respublikasından və Şotlandiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Ən son xəbərlər

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təltif edib - SİYAHI

Baş Qərargah rəisi: "Azərbaycan-Ermənistan sərhədi ən yüksək səviyyədə qorunur"

Bir qrup qadına fəxri adlar verilib - SİYAHI

Mövlud Çavuşoğlu: "Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü olacaq"

İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Prezident: "Müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır"

Futbolda yeni qaydalar təsdiqlənərək, izah olundu

Zaqatalada yeni fındıq emalı fabriki yaradılır

Magistraturada açılması nəzərdə tutulan yeni ixtisasların adları açıqlanıb -SİYAHI

Ərdoğan apreldən turizmin pandemiyadan əvvəlki vəziyyətinə qayıdacağına inanır

Tbilisinin məşhur binasının satışı növbəti dəfə uğursuz olub

Şöbə müdiri: "Xaçmazda şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibə əlillərinin müraciəti həll olunur"

Ötən ay 70 diplomun tanınmasından imtina edilib

Dünya iqtisadiyyatı qum qıtlığı ilə üzləşə bilər

Hansı ölkələrdən diplomların tanınması ilə bağlı daha çox müraciət olunduğu açıqlanıb

Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərin Həcminə dair Protokol təsdiqləndi

Qazi və şəhid ailələrinin evinə qaz verilib

Gürcüstana ilk vaksin partiyası martın 22-də çatdırılacaq

İlham Əliyev: "Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik"

Ərdoğan Merkellə videokonfrans formatında görüşüb

Prezident: "Əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq"