Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

İndi Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Qadınlar klubu

Efirdə 15:05 - 16:00
Yaqut və Gülnar

NON-STOP

Efirdə 16:00 - 18:00

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

03.01.2018

İtən alpinistlər yeni marşrut ilə hərəkət ediblər

Alpinistlərin axtarışında bu gün hava şəraiti ilə əlaqədar fasilə yaransa da, axtarış qrupları təhlükəsiz yerlərdə düşərgə quraraq qarla müşayiət olunan güclü küləyin səngiməsini gözləyir.

Antenn.az-ın xəbərinə görə, bu barədə “Reporta”a axtarış prosesində iştirak edən Arzu Mustafayev bildirib.

O deyib ki, hazırda alpinistlərin tapılmasında çətinlik yaradan ən əsas amil onların müraciət edərkən göstərdikləri klassik marşrutdan kənara çıxmalaradır.

“Axtarışlar nəticə vermədiyinə görə tədqiqat aparılıb və məlum olub ki, alpinistlər öz həmkarları ilə telefon danışıqlarında deyiblər ki, müraciətdə göstərdikləri kimi, klassik marşrutla deyil, tamam yeni, bu vaxta qədər keçilməyən 2-3 marşrutla zirvəyə çıxacaqlar. Bu da 20-30 kvadrat kilometr ehtimallar üzərində qurulan ərazi deməkdir və axtarışların çətinləşməsidir. Yəqin ki, Fövqəladə Hallar Nazirliyinin axtarışlara məsul nümayəndəsi də açıqlamasında deyəndə ki, dəqiq məlumat yoxdur elə bunu nəzərdə tutur. Bəli, onlar üzərlərinə götürdükləri marşrutla getməyiblər və problem də bundan ibarətdir”.

O əlavə edib ki , Tufandağ zirvəsinin hündürlüyü 4191 metrdir. Amma 4172 metrdə isə yəni cəmi 19 metr aşağıda Ekologiya Nazirliyinin meteostansiyası qurulub və həmin yerə mütəmadi olaraq nazirliyin meteoroloqları qalxıb - düşür.

“Əgər onlar klassik marşrutla getsəydilər, belə problemin yaranmasına ehtimal da az olardı”.

A.Mustafayevin sözlərinə görə, hazırda yüksəklikdə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bərabər Ekologiya nazirliyinin 30-dan artıq dağlarla təması olan mütəxəssis və nümayəndəsi var. Hava şəraiti imkan verən kimi axtarışlar birlikdə davam etdiriləcək.


Şərhlər