Bakı
10° Aydın hava
Non-Stop music
İndi Efirdə 00:00 - 12:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0327 AZN

Xəzər dənizi akvatoriyasında kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib

Xəzər dənizi akvatoriyasında kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq edir.

Nazirlikdən verilən məlumata görə, Agentliyin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında daxil olan məlumata əsasən, fevralın 23-ü axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında Şimal-Qərb, Şimal küləyinin 18-23 m/s-dək, arabir 25-30 m/s-dək, fevralın 24-də isə yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi ehtimal edilir. Dənizdə dalğanın hündürlüyünün 2,0-4,0 metrə, sonrakı inkişafda 5,5-7,5 metrə çatacağı gözlənilir.

Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran, hərəkətdə olan gəmilərə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar zəruri məlumatlar ötürülüb və müvafiq təlimatlar verilib. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə edilir.

Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görülüb.

Ən son xəbərlər

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təltif edib - SİYAHI

Baş Qərargah rəisi: "Azərbaycan-Ermənistan sərhədi ən yüksək səviyyədə qorunur"

Bir qrup qadına fəxri adlar verilib - SİYAHI

Mövlud Çavuşoğlu: "Azərbaycan, Türkiyə və Türkmənistanın üçtərəfli zirvə görüşü olacaq"

İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Prezident: "Müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır"

Futbolda yeni qaydalar təsdiqlənərək, izah olundu

Zaqatalada yeni fındıq emalı fabriki yaradılır

Magistraturada açılması nəzərdə tutulan yeni ixtisasların adları açıqlanıb -SİYAHI

Ərdoğan apreldən turizmin pandemiyadan əvvəlki vəziyyətinə qayıdacağına inanır

Tbilisinin məşhur binasının satışı növbəti dəfə uğursuz olub

Şöbə müdiri: "Xaçmazda şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibə əlillərinin müraciəti həll olunur"

Ötən ay 70 diplomun tanınmasından imtina edilib

Dünya iqtisadiyyatı qum qıtlığı ilə üzləşə bilər

Hansı ölkələrdən diplomların tanınması ilə bağlı daha çox müraciət olunduğu açıqlanıb

Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərin Həcminə dair Protokol təsdiqləndi

Qazi və şəhid ailələrinin evinə qaz verilib

Gürcüstana ilk vaksin partiyası martın 22-də çatdırılacaq

İlham Əliyev: "Bu gün heç kimdən asılı deyilik, iqtisadi sahədə istənilən meyar üzrə ən qabaqcıl yerlərdəyik"

Ərdoğan Merkellə videokonfrans formatında görüşüb

Prezident: "Əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq"