Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

İndi Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
Əzizə

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
Əzizə

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Ledi $ Qaqa

Efirdə 15:05 - 16:00
Cavid və Vəfa

Ledi $ Qaqa

Efirdə 16:00 - 18:00
Cavid və Vəfa

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

12.12.2017

Facebook’da reklam 59% bahalaşıb

Facebook platformasına reklam yerləşdirənlər üçün əsas maraqlı mövzu – reklam qiymətləri barədədir. Öncəki bloq yazılarımızda qeyd etmişik ki, sosial şəbəkələrdə standart reklam qiymətləri yoxdur, siz “manual” olaraq stabil qiymət təyin edə bilərsiniz, amma hətta o qiymətlər də bazardakı tələb-təkliflə formalaşır. Yəni, sizin reklam verdiyiniz auditoriya üçün reklamverələrin sayı azdırsa, həmçinin reklam verdiyiniz auditoriyanın aktivliyi çoxdursa o zaman sizin reklamınızın qiyməti azalacaq. Yox əksinə,  sizin reklam verdiyiniz auditoriya üçün reklamverələrin sayı çoxdursa, həmçinin reklam verdiyiniz auditoriyanın aktivliyi aşağıdırsa o zaman sizin reklamınızın qiyməti bahalaşacaq. Buraya həmçinin reklam verdiyiniz günlər, saatlar, hətta fəsil və s. rol oynayır.

Facebook reklam gəlirlərini artırmaq üçün zaman keçdikcə səhifə paylaşımlarını daha az adama göstərir. Həmçinin digər tərəfdən reklamverənlərin sayı artdığından hər keçən gün reklam yeri uğrunda mübarizə də artır. Buna görə (həmçinin ola bilər Facebook-un süni müdaxilələri nəticəsində) reklam qiymətləri artmağa davam edir. Socialbakers.com qurucusu Jan Rezab‘ın açıqlamasına görə son bir ildə Facebook reklamlarının ortalama qiyməti 35% artıb. Əlavə olaraq da Azərbaycanda 2017-ci ildən başlayaraq Facebook reklamlarına 18% vergi çıxılır. Bu o deməkdir ki, azərbaycanlı səhifə sahibi üçün reklam xərcləri son bir ildə 59% artıb.

Amma Facebook hələ də bir çox biznes (xüsusən kiçik və orta) sahibləri üçün ən əlverişli marketinq kanallarından biridir. Bu halda 59%-lik bahalaşmaya qarşı 2018-ci ildə necə effektiv fəaliyyət göstərmək olar?

Bunun üçün önümüzdəki il edilməli olan ən əsas addımlardan biri məzmunun (kontent) keyfiyyətini artırmaqdır. Burada söhbət həm texniki, həm də mövzu baxımından gedir. Dostlar, bir şeyi yadda saxlamaq lazımdır ki, sosial media və eləcə də sosial medianın qaydaları çox tez dəyişir. 3-4 il qabaq biz yolaver bir post paylaşıb nəticə əldə bilərdik, çünki həmin vaxt bizim səhifəmizin olması və orada paylaşımlar etməyimiz uğur sayıla bilərdi, amma hazırda bizim kimi bizim rəqiblərimizin də səhifəsi var, onlar da paylaşım edir, onlar da reklama pul qoyur. Yəni bizim etdiklərimizi edənlər artıq həddən artıq çoxdur və bu mübarizədə ən effektiv yollardan biri fərqli, diqqətçəkən kontent hazırlamaqdır. Belə olduqda sizi yadda saxlayırlar, sizi izləyirlər. O auditoriyanı necə idarə edəcəksiniz, o ikinci məsələdir.

Digər önəmli məqam – influencer marketinq fəaliyyətidir. Facebook-un reklam qiymətinin 1 ildə 59% bahalaşması fonunda hazırda influencer marketinq daha cəzbedicidir. Üstəgəl, bu marketinq fəaliyyətinin Facebook reklamlarından bir neçə üstün cəhəti var ki, bu da sizə əlavə fayda verir.

2018-ci ildə sosial mediadan daha faydalı istifadə etməklə bağlı qarşıdakı günlərdə yenə bloq yazısı olacaq. Yazını paylaşın ki, bu sahədə fəaliyyət göstərən dostlarınız xəbərdar olsun.
© orkhanrza.com


Şərhlər