Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

İndi Efirdə 13:05 - 14:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Qadınlar klubu

Efirdə 15:05 - 16:00
Yaqut və Gülnar

NON-STOP

Efirdə 16:00 - 18:00

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

01.12.2017

2018-ci il dünya çempionatının püşkatma mərasimi keçiriləcək

Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

 

Antenn.az-ın məlumatına görə, "Report" xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada, Dövlət Kreml Sarayında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Mərasimin aparıcıları ingiltərəli veteran futbolçu və ekspert Hari Linekerlə rusiyalı telejurnalist Mariya Komandnayadır. Onlara mundiala vəsiqə qazanmış 8 ölkənin nümayəndələri – Dünya Kubokunu səhnəyə gətirəcək Miroslav Kloze (Almaniya), Dieqo Maradona (Argentina), Qordon Benks (İngiltərə), Loran Blan (Fransa), Fabio Kannavaro (İtaliya), Kafu (Braziliya), Karles Puyol (İspaniya) və Dieqo Forlan (Uruqvay) assistentlik edəcəklər.

Püşkatmada Avropanı meydan sahibi Rusiyadan əlavə 13 yığma – Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç və Danimarka təmsil edəcək. Cənubi Amerikadan 5 ölkə - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru bu hüquqa yiyələnibsə, Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən 3 kollektiv - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

Asiya zonası üzrə 5 komanda - İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrika da eyni sayda ölkə - Nigeriya, Misir, Seneqal, Mərakeş və Tunislə təmsil olunacaq.

Rusiya millisi meydan sahibi qismində püşksüz A qrupunun 1-ci komandası olacaq. Digər kollektivlər isə FİFA-nın oktyabr reytinqinə əsasən səbətlərə bölünüblər:

A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa;

B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay;

C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran;

D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.

Qeyd edək ki, DÇ-2018 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.


Şərhlər