Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

İndi Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Qadınlar klubu

Efirdə 15:05 - 16:00
Yaqut və Gülnar

NON-STOP

Efirdə 16:00 - 18:00

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

16.11.2017

"Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Qazaxıstan Respublikasının Baş nazirinin birinci müavini Askar Mamini qəbul edib.

 

Antenn.az xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə beynəlxalq tədbirlərdə keçirdikləri görüşləri xatırladaraq, Qazaxıstan Prezidentinin Azərbaycana son rəsmi səfərini əlaqələrimizin inkişafında mühüm hadisə kimi dəyərləndirdi və bu görüşlər zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını dedi. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu və artıq müsbət nəticələrin əldə edildiyini deyən Prezident İlham Əliyev Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Askar Maminin ölkəmizə səfərinin məhsuldar olacağına və səfər zamanı iqtisadiyyat, nəqliyyat, energetika, tranzit yükdaşımaları, investisiya qoyuluşu sahələri ilə bağlı məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirdi.

 

Cənubi Qafqaz regionunda Azərbaycanın Qazaxıstan üçün strateji tərəfdaş ölkə olduğunu deyən Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Askar Mamin qeyd etdi ki, ikitərəfli münasibətlərimizin inkişafı istiqamətində böyük potensial var. Qonaq bu potensialın reallaşdırılması üçün birgə səylərin göstərilməsinin önəmini vurğuladı. Askar Mamin Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdıraraq dedi ki, bu nəqliyyat dəhlizi Asiya-Avropa istiqamətində transkontinental yükdaşımalarının inkişafı işinə böyük töhfə verir. O, əmin olduğunu bildirib ki, bu dəmir yolu xəttinin işə salınması ilə Azərbaycan, Qazaxıstan və ümumilikdə, transxəzər marşrutunun tranzit potensialı tam həcmdə həyata keçiriləcək.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Şərhlər