Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

İndi Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Qadınlar klubu

Efirdə 15:05 - 16:00
Yaqut və Gülnar

NON-STOP

Efirdə 16:00 - 18:00

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

16.11.2017

Dünyanın ən bahalı 10 yeməyi.

Dünyanın ən bahalı 10 yeməyini diqqətinə təqdim edirik.


Matsutake göbələyi, $1000 dollar

TOP 10. Nadir yapon matsutake göbəliyi ilə açılır. Aşpazlar onu parlaq, zəngin ədviyyatlara xas qoxusuna görə qiymətləndirir. Çin, Koreya və xüsusən də Yaponiyada bu göbələk delikates hesab olunur. Ona görə də bəzən onu yapon  trüfeli adlandırırlar. Matsutaki qrildə hazırlanır, öncədən isə soya sousunda yüngülcə basdırma olunur və süfrəyə düyü ilə təqdim olunur. Bir pors göbələk 1000 dollar qiymətinədir.


Bagel, $1000 dollar

Bagel – həlqə şəklində hazırlanan xırçıltılı  və qızılı rəngdə üz qabığı olan ənənəvi yəhudi çörəyidir. Onu Nyu-Yorkda Westin Hotel-də çalışan baş aşpaz Frenk Tujaq bişirir. Bagelin içliyi kərə pendiri və İtaliyanın Alba  bölgəsindən olan ağ trüfel və qodji giləmeyvəsindən hazırlanmış jeledən ibarətdir, üzərinə isə zərif qızılı plastinkalar örtülür. Begeli istənilən vaxt otel nömrəsinə sifariş etmək və ya səhər yeməyi zamanı otelin barında sifariş etmək mümkündür. Sifariş 24 saat öncədən qəbul olunmalıdır. Bu təam sizə 1000 dollara başa gəlir.


The Zillion Dollar Lobster Frittata (omlet), $1000

The Zillion Dollar Lobster Frittata omleti Nyu-Yorkun “Norma’s в Le Parker Meridien Hotel”inin müştərilərinə servis olunur.  Omar (iri dəniz xərçənginin) pəncələri üzərində təqdim olunan omlet yuxarıdan 280 qram sevryuqanın (uzunburun baliq) qara kürüsü ilə bəzənir. Yeməyin qiyməti 1000 dollardır. Amma istəsəniz sizə bir az ucuz başa gələ bilər, siz təxminən 30 qramı 65 dollar olan kürüdən imtina edə bilərsiniz.


Craftsteak Wagyu Ribeye Steak

Yapon – vaqyu texnologiyası ilə hazırlanmış mərmər kimi mal əti üzərində Ribey steyki, $2800

Bu fəvqəladə yeməyin ərsəyə gəlməsi üçün öküzlərə xüsusi otlar yedirdir və pivə içirdirlər. Heyvanlara mütəmadi massaj edirlər ki, onların əti zərif olsun. Nəticədə, xüsusən də omeqa 3 yağları ilə zəngin bir məhsul alınır, bu isə orqanizm üçün çox faydalıdır. Bu yeməyin dəyəri 2800 dollardır.


Bildirçin yumurtalı trüfellə, Omar və ağbalıq kürüsü, $3200

Ən bahalı nemətlərdən hazırlanmış bu yemək  “Xarabalıqdan çıxmış milyonçu” filminin çıxışının şərəfinə hazırlanmış ziyafətdə qonaqlara təqdim olunub. Boşqabda ağ trüfel, qabığı kəsilmiş bildirçin yumurtası, pomidor,  üstü krablarla örtülmüş şotland omarı (xərçəng), ağbalıq kürüsü və qızıl yarpaq verilib.  Belə görünür ki, yalnız xarabalıqdan çıxan milyonçu özünə qiyməti 3200 dollar olan yeməyi rəva görə bilər.


Pizza Royale 007, $4200

Domeniko Krolla –  portretli pizzalarla məşhurlaşmış şef aşpazdır. Misal üçün. Bonda həsr olunmuş və təbii olaraq, Pizza Royale 007 adlanan pizzasında o, fransız konyakında basdırılmış omardan və şampan içərisində kürüdən istifadə edir. Cəsus pizzasının dəyəri 4200 dollardır.


Densuke qara qarpızı, $6100 dollar

Qara densuke qarpızı yalnız Yaponiyanın Xokkaydo adasında bitir. Dadı ənənəvi adi qarpızdan dəfələrlə şirindir. Qara qarpız ucuz əyləncələrdən deyil, bir dəfə onu 6100 dollara alan olub.


Yubari –kral yemişi, $22 872 dollar

Ilk üçlükdə Yaponiyadan daha bir nadir və qeriadi bir tərəvəz yer alıb.

Yubari yemişi iki müşk yemişinin hibrididir, parlaq narinci rəngli, sulu və şirin dadı vardır. Bu yemiş (qovun) növü ideal dairəvi formaya sahibdir. Yubarini tez-tez bahalı hədiyyə kimi dəyərli qonaqlara bağışlayırlar. Qaydaya əsasən bir deyil iki ədəd hədiyyə olunur. Ən bahalı yemiş cütü $22 872 dollara satılıb.


Almas, albinos-ağbalıq kürüsü, $25000-35000 dollar

Ən baha kürü heç də qara kürü deyil, bu kürü almas adlanır, o, albinos-ağbalığın kürüsüdür, İrandan ixrac olunur. Almas xalis qızıldan olan balaca bankalarda satılır. Kürü dənələri fərqli rənglərdə solğun bozdan ağ rəngə qədər ola bilir. Dənələrin rəngi nə qədər açıq olarsa kürü bir o qədər bahadır. Bir porsun qiyməti 25 min – 35 min dollar arasında dəyişir. Londonun “Caviar House & Pruner” kürü evində satılır.


Albanın ağ trüfell, $160406 dollar

Albadan olan ən böyül trufel  $160 406 dollara satılıb.


Şərhlər