Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
İlahə Şıxlinskaya, Kənan, Cavid

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

İndi Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

Qadınlar klubu

Efirdə 13:05 - 14:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

Qadınlar klubu

Efirdə 14:05 - 15:00
Yaqut və Gülnar

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Qadınlar klubu

Efirdə 15:05 - 16:00
Yaqut və Gülnar

NON-STOP

Efirdə 16:00 - 18:00

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

19.10.2017

Avtomobillərin dövlət qeydiyyat nişanlarının standartı açıqlandı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 599-2015 “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” dövlət standartının tələblərini açıqlayıb.

 

Antenn.az xəbər verir ki, Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, adıçəkilən dövlət standartı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilib və 11 noyabr 2015-ci il tarixindən qüvvəyə minib.

 

Bu standart avtomobil, avtobus, motosikl, motoroller, motoaraba, traktor və avtomobil traktor qoşqularının, eləcə də onlara bərabər tutulan nəqliyyat vasitələrinin tanınması üçün istifadə olunan dövlət qeydiyyat nişanlarına şamil olunur.

 

Standarta əsasən, dövlət qeydiyyat nişanları bir və iki sıralı olmaqla 4 tipə bölünür. Bir sıralı I tip – avtonəqliyyat vasitələrinə (şəkil 1), iki sıralı II tip – avtonəqliyyat vasitələri və onların qoşqularına (şəkil 2), iki sıralı III tip - I tip nişanların tətbiqi mümkün olmayan avtomobillər, hərəkət sürəti 20 km/saatdan artıq olmayan elektrik mühərrikli avtomobillər, hərəkət sürəti 30 km/saatdan artıq olmayan daxili yanma mühərrikli nəqliyyat vasitələri, traktorlar və onların qoşqularına (şəkil 3), iki sıralı IV tip - motonəqliyyat vasitələrinə (şəkil 4) aid edilir.

 

Standartda “ağ fon”lu dövlət qeydiyyat nişanları ilə yanaşı, “göy fon”lu nişanlar, avtonəqliyyat vasitələrinə müvəqqəti olaraq verilən “tranzit” nişanları, fəxri konsulların nəqliyyat vasitələrinə verilən “qırmızı fon”lu nişanlar, diplomatik nümayəndəliklər və konsulluqların, diplomatik nümayəndələrik statusuna malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə verilən “qırmızı fon”lu nişanlara olan tələblər də əks olunub.

 

Standarta əsasən dövlət qeydiyyat nişanında 21x42 mm ölçüdə Azərbaycan Respublikasının üçrəngli bayrağı düzbucaqlı şəkildə həkk olunur.
Dövlət standartının tələbləri məcburidir.

 




Şərhlər