Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

«Non-stop» musiqi

İndi Efirdə 00:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

«Megapolis» səhər şousu

Efirdə 08:00 - 10:00
İlahə Şıxlinskaya, Rüstəm Əfsərli

Xəbərlər

Efirdə 10:00 - 10:05
Əzizə

Meqapolis səhər şousu

Efirdə 10:05 - 11:00
İlahə Şıxlinskaya, Rüstəm Əfsərli

Xəbərlər

Efirdə 11:00 - 11:05
Əzizə

Başbaşa...

Efirdə 11:05 - 12:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 12:00 - 12:05
Əzizə

Başbaşa...

Efirdə 12:05 - 13:00
Əzizə İsmayılova

Xəbərlər

Efirdə 13:00 - 13:05
Əzizə

«Bəxtəvər»

Efirdə 13:05 - 14:00
İlahə və Sənan

Xəbərlər

Efirdə 14:00 - 14:05
Əzizə

«Bəxtəvər»

Efirdə 14:05 - 15:00
İlahə və Sənan

Xəbərlər

Efirdə 15:00 - 15:05
Əzizə

Bəxtəvər

Efirdə 15:05 - 16:00
İlahə və Sənan

Radio doktor

Efirdə 16:00 - 18:00
Gülnar Muradova

Maşında

Efirdə 18:00 - 20:00

«Non-stop» musiqi

Efirdə 20:00 - 22:00

«Non-stop» musiqi

Efirdə 22:00 - 08:00
Ancaq hit mahnılar səslənir.

Bizi izləyin:

31.07.2017

IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən IX Qəbələ Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub.

 

Antenn.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

 

Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin konserti başlayıb. Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ifa olunub. Orkestri Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, Xalq Artisti, dirijor Cavanşir Cəfərov müşaiyyət edib. Xorun təqdim etdiyi əsər əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyevin quruluşunda səhnələşdirilib. Orkestrin solistləri isə tanınmış xanəndələr- Gülyaz Məmmədova, Elnur Zeynalov, Arzu Əliyeva, Afaq Ağayeva, Mütəllim Dəmirov, Təyyar Bayramov, Nəzər Bəylərov, Taleh Yəhyayev (bariton) və Cahangir Qurbanov (bariton) olub. İllərin süsgəcindən keçərək öz aktuallığını qoruyub saxlayan “Leyli və Məcnun” operası bu gün də tamaşaçıların alqışları ilə qarşılanıb.

 

Qeyd edək ki, musiqisevərlərin çoxdan gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq iki gündür ki, öz qapılarını yenidən sənətsevərlərin üzünə açıb. Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı da hər il olduğu kimi çox zəngindir. Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunur.

 

Avqustun 3-dək davam edəcək Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiya, İsrail, ABŞ, İtaliya, Litva, Sloveniyadan dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər-Oksana Yablonskaya, Dmitri Yablonski, Janna Qandelman, Mixael Slatkin, Moyka Zlobko Vayql, Massimo Merçelli, Stefen Deitz, Anna Serova, Roberto Molinelli, Nomeda Kazlaus və başqaları iştirak edəcək. Festival günlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, “Femusa” kamera orkestri, “Clarte” klarnet kvarteti, “Furioso” kvartetinin konsertləri olacaq.


Şərhlər