1 : Can't create/write to file '/tmp/MY1ijJQx' (Errcode: 28)
1 : Can't create/write to file '/tmp/MYM4UrC1' (Errcode: 28)
1 : Can't create/write to file '/tmp/#sql_28e0_1.MYI' (Errcode: 28)
Bu gün 7 növ üzrə mübarizə gedəcək - Antenn Radio 101 FM Antenn.az

Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

Bizi izləyin:

Xəbər bloku
Bizi izləyin:

19.05.2017

Bu gün 7 növ üzrə mübarizə gedəcək

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 7 növ üzrə mübarizə gedəcək.

 

Antenn.az-ın məlumatına görə, bu növlərdən 4-də - Atletika / para-atletika və suya tullanmada növbəti, stolüstü tennis və sərbəst güləşdə isə ilk medal dəstləri sahiblərini tapacaq.

 

Azərbaycan idmançılarının bu növlərin hamısında medal qazanma şansları var. Atletika / para-atletikada indiyədək bir çox medal əldə olunubsa, suya tullanmada ölkənin aktininə hələlik bir bürünc medal yazılıb. Stolüstü tennisdə qadınların fərdi mübarizəsində Azərbaycanın 2 təmsilçisi yarımfinala yüksəlib. Keçirəcəkləri görüşlərin nəticələrindən asılı olmayaraq, ən azı biri medalı təmin edib. Sərbəst güləşdə isə ilk yarış günündə 4 çəkidə mübarizə gedəcək.

Voleybolçu kişilərin mübarizəsində keçiriləcək oyunlarla qrup mərhələsinə yekun vurulacaq. Azərbaycan yığması qrup birincisi kimi yarımfinala vəsiqəni təmin edib. Növəti mərhələdə rəqib böyük ehtimalla Əlcəzair olacaq. Bugünkü oyunlardan sonra bu ada tam aydınlıq gələcək. Basketbol 3X3 növündə mübarizəyə qələbələrlə başlayan kişi və qadınlardan ibarət yığmalar qrupda son oyunlarını keçirəcəklər. Bununla da 1/4 finala vəsiqələr sahiblərini tapacaq. Tennisdə isə qadınların fərdi mübarizəsində Umayra Haşımova 1/8 final görüşünü keçirəcək.

Qeyd edək ki, hələlik Azərbaycanın aktivində 116 medal var. Bunlardan 59-u qızıl, 33-ü gümüş, 24-ü bürüncdür.


Şərhlər