1 : Can't create/write to file '/tmp/MYMMZwCA' (Errcode: 28)
1 : Can't create/write to file '/tmp/MYCtRPIC' (Errcode: 28)
1 : Can't create/write to file '/tmp/#sql_28e0_1.MYI' (Errcode: 28)
"Facebook" 120 milyon dollar məbləğində cərimələnib - Antenn Radio 101 FM Antenn.az

Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

Bizi izləyin:

Xəbər bloku
Bizi izləyin:

18.05.2017

"Facebook" 120 milyon dollar məbləğində cərimələnib

Avropa Komissiyası "Facebook" sosial şəbəkəsini 120 milyon dollar məbləğində cərimələyib.

 

BBC  xəbər verir ki, buna səbəb şirkətin "WhatsApp" mesajlaşma xidmətini satın alan zaman yalan məlumat verməsi olub.

"Bugünkü qərar şirkətlərə onların doğru məlumat təmin etmək öhdəliyi də daxil olmaqla Aİ-nin birləşmə ilə bağlı bütün qaydalarına riayət etməli olduğuna aydın siqnaldır. Komissiya dəqiq faktları bilməklə rəqabəti nəzərə alaraq birləşmənin nəticələri haqqında qərar qəbul etməlidir", - Aİ-nin rəqabət üzrə komissarı Marqret Vestagerin bəyanatında deyilir.

 

Xatırladaq ki, Aİ tənzimləyiciləri 2014-cü ilin sonunda sosial şəbəkələr sektorunda rəqabət üçün heç bir təhlükə görmədiyindən "WhatsApp"ın satın alınmasına icazə verib.

 

Avropa Komissiyasının bəyanatında qeyd edilib ki, "Facebook" alışla bağlı tənzimləyiciləri xəbərdar edən zaman iki servisin istifadəçilərinin hesablarını bir-birinə bağlayan etibarlı avtomatlaşdırılmış sistem olmadığını bildiribmiş. Amma 2016-cı ilin avqust ayında "WhatsApp" servisdən istifadə şərtləri və konfidensiallıq siyasətinin yenilənməsini elan edərkən ora "WhatsApp" istifadəçilərinin nömrələrinin "Facebook" hesabları ilə birləşdirmək imkanını da əlavə edib.

 

Keçən il istintaqa başlayan Komissiya şirkətin yalan məlumatlar təqdim etdiyini, "Facebook" hesabları ilə "WhatsApp" nömrələri arasında əlaqənin texniki cəhətdən hələ 2014-cü ildə mümükün olduğunu aşkar edib.


Şərhlər