1 : Can't create/write to file '/tmp/MYC7utSJ' (Errcode: 28)
1 : Can't create/write to file '/tmp/MYHPppWj' (Errcode: 28)
1 : Can't create/write to file '/tmp/#sql_28e0_1.MYI' (Errcode: 28)
Mərkəzi Afrika Respublikasında 115 nəfər öldürülüb - Antenn Radio 101 FM Antenn.az

Radio Antenni bütün Azərbaycan dinləyir. Bakı, Sumqayıt, Abşeron və Şimal bölgəsində 101 Mhz, Cənub bölgəsində 100 Mhz, Gəncə, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ, Oğuz, Qarabağ, Qərb və Aran Bölgəsində 101101.3 Mhz, Naxçıvanda 101.6 Mhz. Dinləyin və zövq alın. Radio Antenn sevgi ilə sizin üçün.

Bizi izləyin:

Xəbər bloku
Bizi izləyin:

18.05.2017

Mərkəzi Afrika Respublikasında 115 nəfər öldürülüb

 Birləşmiş Millətlər Təşkilatı (BMT) silahlıların Mərkəzi Afrika Respublikasının cənub-şərqindəki Banqasu şəhərinə hücumu zamanı qətlə yetirilmiş 115 nəfərin cəsədinin aşkarlanması barədə məlumatı araşdırır.

 

"TASS" xəbər verir ki, bu barədə jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik xəbər verib.

Bundan əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi Banqasuda bıçaq zərbəsindən və odlu silahdan açılan atəşdən yaralanan, həmçinin ölənədək döyülən 115 nəfərin cəsədinin tapıldığını bildirib.

"Biz bu məlumatı Qırmızı Xaç Komitəsindən aldıq. Mən BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsindəki həmkarlarımla danışdım. Onlar bunu yoxlayırlar və bizim (həlak olanlar barədə - "Report") məlumatlar yenilənəcək. Biz davam etməkdə olan qarşıdurmanın qurbanlarının sayının artacağını gözləyirik" – deyə Dyujarrik bildirib.

Bir gün əvvəl o, yoxlanılmamış məlumatları sitat gətirərək bildirib ki, iğtişaşların gedişatında 100-ə qədər insan həlak ola bilər.


Şərhlər