Bakı
7° Buludlu
YOLÜSTÜ
İndi Efirdə 12:05 - 13:00 Elgünün təqdimatında
USD - 1.7 AZN
EUR - 2.0531 AZN

İctimai iaşə müəssisələrində COVID-19-a qarşı mübarizə ilə bağlı videoçarx hazırlanıb - VİDEO

İctimai iaşə müəssisələrində COVID-19-a qarşı mübarizə ilə bağlı videoçarx hazırlanıb - VİDEO

Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı maarifləndirmə işlərini davam etdirir.

Bu məqsədlə Agentlik tərəfindən insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində COVID-19 virusu ilə mübarizəyə aid maarifləndirici yeni videoçarx hazırlanıb.

Videoçarxda sahibkarlar xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməyə, ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamağa dəvət olunurlar. Tövsiyə olunur ki, hər kəs ictimai iaşə müəssisələrində sağlamlığın qorunması və təhlükəsizliyin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara mütləq əməl etməlidir. Belə ki, insanların sıx toplaşdığı mühit infeksiyanın yayılma intensivliyinə birbaşa təsir etdiyindən COVID-19-un profilaktikası məqsədilə hər bir ictimai iaşə müəssisəsində müştəri qəbulu 2 dəfə azaldılmalı, hər adambaşına müəyyən edilən sahə isə 2 qat artırılmalıdır. Həmçinin qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

Videoçarxda bildirilir ki, ictimai iaşə müəssisələrində mütəmadi olaraq təmizlik-dezinfeksiya işlərinin aparılması vacibdir. Qeyd olunur ki, işçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.

Videoçarxda ictimaiyyətə iaşə obyektlərində xidmətin mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələbinə uyğun təşkil olunmasının zəruriliyi vurğulanır. Xüsusən də məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməlidir.

 

Ən son xəbərlər

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr

"Mənzillə təmin olunmayan heç bir şəhid ailəsi qalmayacaq"

Netanyahu İsrail gəmisində partlayışa görə İranı günahlandırıb

FIDE reytinqi: Azərbaycanın iki şahmatçısı irəlilədi

Aİ Prezidenti Gürcüstanda səfərdədir

Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açıb

İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların sayı açıqlanıb

Əcnəbi jurnalistlər “Zəfər yolu”nun çəkilişi ilə tanış olub

Mart ayının hava proqnozu açıqlanıb

Şoyqunun ermənistanlı həmkarı ilə telefon danışığı olub

Əfv Komissiyasının növbəti iclası keçirilib

“Israel Hayom” qəzeti: "Xocalıya ədalət tələb edirik"

Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb - SİYAHI

Bakıda daha iki marşrutun hərəkət sxemi dəyişdirilir

İşaxtaran şəxslər də ödənişsiz peşə hazırlığına cəlb olunacaq

Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü ayrılıb

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

Hökumət sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması üçün işçi qruplar yaratdı

"Bakı Metropoliteni" müasir tipli vaqonların sayını 75-ə çatdırıb

Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başlayıb

Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir