Bakı
7° Buludlu
Non-Stop music
İndi Efirdə 00:00 - 08:00 Fasiləsiz musiqi
USD - 1.7 AZN
EUR - 2.0661 AZN

Cavid Qurbanov İranın Azərbaycandakı səfiri ilə görüşüb

Cavid Qurbanov İranın Azərbaycandakı səfiri ilə görüşüb

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

QSC-dən verilən xəbərə görə, görüşdə dəmir yolları sahəsində əlaqələrin perspektivləri, Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizləri barədə danışılıb. Cəmiyyətin sədri Cavid Qurbanov ölkəmizdə diplomatik fəaliyyətə yeni başlayan səfiri “Azərbaycan Dəmir Yolları” QSC-də ilk dəfə görməkdən məmnun olduğunu bildirib, ona uğurlar arzulayıb. O, dəmir yolları sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə, işlərin koordinasiyasında səfirliyin dəstəyini əsirgəməyəcəyinə inamını vurğulayıb. 

Səfir Seyid Abbas Musəvi Vətən müharibəsində Azərbaycanın qazandığı böyük zəfər münasibətilə sevincini bölüşüb, görüş iştirakçılarını təbrik edib. Bildirib ki, İran hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəkləyib. Qonaq qısa fəaliyyəti müddətində işçi qrupları səviyyəsində dəmir yolları layihələri ilə bağlı bir neçə müzakirələrdə iştirak etdiyini, həmin layihələrin yekunlaşması istiqamətində dəstək göstərəcəyini diqqətə çatdırıb. Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində İran şirkətlərinin də maraqlı olduğunu bildirib. 

Görüşdə “Şimal-Cənub” dəhlizinin nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq baxımından strateji əhəmiyyəti, Rəşt-Astara dəmir yolunun icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, həmin dəhliz yalnız İran, Azərbaycan və Rusiyanın deyil, bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq.

Sonda xatirə hədiyyələrinin təqdimatı olub.

Ən son xəbərlər

İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların sayı açıqlanıb

Əcnəbi jurnalistlər “Zəfər yolu”nun çəkilişi ilə tanış olub

Mart ayının hava proqnozu açıqlanıb

Şoyqunun ermənistanlı həmkarı ilə telefon danışığı olub

Əfv Komissiyasının növbəti iclası keçirilib

“Israel Hayom” qəzeti: "Xocalıya ədalət tələb edirik"

Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb - SİYAHI

Bakıda daha iki marşrutun hərəkət sxemi dəyişdirilir

İşaxtaran şəxslər də ödənişsiz peşə hazırlığına cəlb olunacaq

Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü ayrılıb

Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı

Hökumət sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması üçün işçi qruplar yaratdı

"Bakı Metropoliteni" müasir tipli vaqonların sayını 75-ə çatdırıb

Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başlayıb

Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir

Ukraynada azərbaycanlı iş adamı itkin düşüb

Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq

“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır

Haitidə həbsxanadan 200 məhbus qaçıb, 25 nəfər ölüb

Qubadlının Əfəndilər kəndinin görüntüləri

Yerevanda istefa tələb edənlər iki sutkadır çadırda gecələyir